Aurora Gaming Dota 2 heyətini tamamilə buraxdı

by Nigar Məmmədova
0 comments

Bu gün, 5 fevralda, Aurora Gaming təşkilatının Dota 2 üzrə komandasını buraxdığı məlum olub. Bu barədə klubun rəsmi sosial media hesablarında paylaşım edilib.

“Hər bir oyunçumuza bizə yaşatdıqları unudulmaz anlar və emosiyalar üçün sonsuz təşəkkür edirik. Siz əsl əfsanələr və peşəkar oyunçularsınız!” – deyə Aurora Gaming açıqlama verib.

Aurora Gaming-in buraxılmış heyəti:

  • Palos – sərbəst agent
  • Abed – transferə çıxarılıb
  • Jabz – transferə çıxarılıb
  • Q – transferə çıxarılıb
  • Oli – sərbəst agent
  • SunBhie (məşqçi) – sərbəst agent

Xatırladaq ki, Aurora Gaming DreamLeague Season 25 və PGL Wallachia #3 turnirlərinə vəsiqə qazanmış, FISSURE PLAYGROUND #1-də isə cəmi bir best-of-1 oyun qazanaraq 12-14-cü yerləri tutmuşdu.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın