Enjin “MAJ3R” Kupelinin komandası Aurora Gaming, Esports World Cup 2025-in CS2 üzrə 1/8 final mərhələsində FaZe Clan üzərində qələbə qazanıb. Görüş 2:1 hesabı ilə yekunlaşıb (Inferno — 6:13, Mirage — 13:3, Overpass — 13:7).
Finn “karrigan” Andersenin rəhbərlik etdiyi FaZe Clan turniri 9–16-cı yerlərdə başa vuraraq 20 min dollar mükafatla kifayətlənib.
Hazırkı mərhələdə turnirlə artıq aşağıdakı adlı-sanlı komandalar da vidalaşıb:
- GamerLegion
- Natus Vincere
- Astralis
- Team Liquid
- Team Spirit
Esports World Cup 2025-in ümumi mükafat fondu 1,25 milyon dollar təşkil edir. Aurora Gaming isə mübarizəsini 1/4 finalda Heroicə qarşı davam etdirəcək.