Aurora Gaming oyunçusu Riyadh Masters 2025 turnirindəki logistikanı tənqid etdi

by Nigar Məmmədova
0 comments

Aurora Gaming komandasının Dota 2 oyunçusu Nikita “Panto” Balaganin, hazırda Səudiyyə Ərəbistanında keçirilən Riyadh Masters 2025 turniri ilə bağlı təəssüratlarını bölüşüb.

“Turnir yaxşıdır, səviyyə hiss olunur, doğrudan da böyük turnirdə oynadığını anlayırsan, bu Valaxiyada oynamaq kimi deyil. Yeganə xoşuma gəlməyən məqam — tədbirin keçirildiyi yerə 40 dəqiqəlik yol getməkdir.”

Riyadh Masters 2025, Esports World Cup 2025 tədbirinin bir hissəsidir. Turnirdə 16 komanda 3 milyon dollar mükafat fondu uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın