B8 Esports IEM Krakow 2026-nın Play-In mərhələsində NRG-yə məğlub oldu

by Nigar Məmmədova
0 comments

Ukraynanın B8 Esports komandası Polşada keçirilən IEM Krakow 2026 turnirinin Play-In mərhələsindəki ilk oyununda “NRG Esports” kollektivi ilə qarşılaşıb. Gərgin keçən mübarizə B8-in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşma Dust2 xəritəsində B8-in 13:4 hesablı mütləq üstünlüyü ilə başlasa da, rəqib Mirage (13:2) və Inferno (13:11) xəritələrində qələbə qazanaraq matçın taleyini öz xeyrinə dəyişib.

B8 Esports IEM Krakow 2026 Play-In mərhələsində NRG-yə məğlub oldu

Matçın əsas statistik göstəriciləri:

  • NRG-nin oyunçusu oSee 54-35 K-D və 1.54 reytinqlə matçın ən yaxşı siması olub.
  • B8 heyətində esenthial (1.21 reytinq) və npl (1.21 reytinq, 100 ADR) ən yüksək performans göstərən oyunçular olublar.
  • “NRG Esports” bu qələbə sayəsində növbəti mərhələyə yüksəlib və 30 yanvar tarixində Astralis ilə qarşılaşacaq.
  • Məğlub olan “B8 Esports” isə aşağı səbətə düşüb və növbəti oyunda paiN Gaming ilə üz-üzə gələcək.

IEM Krakow 2026 turniri 8 fevral tarixinədək davam edəcək və komandalar 1 milyon dollar həcmindəki rekord mükafat fondu üçün mübarizə aparacaqlar.

Şərh yazın