The Game Developers Choice Awards 2025 mükafatları elan edildi
20 mart tarixində The Game Developers Choice Awards 2025 (GDC Awards 2025) mükafatlarının qalibləri elan olundu. Oyun sənayesinin ən nüfuzlu mükafatlarından biri hesab edilən GDC Awards-a namizədlər tanınmış studiyaların oyun inkişaf etdiriciləri tərəfindən seçilib.
Bu il əsas qalib kart əsaslı indie oyunu Balatro oldu. Taitl eyni zamanda üç fərqli kateqoriyada mükafat qazandı və ilin ən yaxşı oyunu adına layiq görüldü.
Əsas qaliblər və nominasiyalar
- İlin ən yaxşı oyunu – Balatro
- Ən yaxşı debüt – Balatro
- Ən yaxşı oyun dizaynı – Balatro
- İnnovasiya mükafatı – Balatro
- Ən yaxşı audio – Astro Bot
- Ən yaxşı texnologiya – Astro Bot
- Ən yaxşı hekayə – Metaphor: ReFantazio
- Ən yaxşı vizual dizayn – Black Myth: Wukong
- İzləyici mükafatı – Final Fantasy VII Rebirth
- Sənayedə uğur mükafatı – Səm Leyk (Remedy)
- Sənaye pioneri mükafatı – Lukas Poup
Balatro necə yaradıldı?
Kanadalı inkişaf etdirici LocalThunk Balatro-nu təkbaşına hazırlamışdı. Əvvəlcə bu oyunu yalnız özü və dostları üçün yaratmışdı və onun bu qədər uğur qazanacağını düşünmürdü. Lakin layihə The Game Awards 2024-də ilin ən yaxşı oyunu nominasiyasına namizəd oldu və Golden Joystick Awards 2024-də “Ən yaxşı indie oyun” və “İlin kəşfi” mükafatlarını qazandı. Həmçinin Apple Arcade platformasında “İlin oyunu” seçildi.
Balatro hazırda PC, PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S və Nintendo Switch üçün əlçatandır. Mobil versiyası isə 26 sentyabr 2024-cü ildə təqdim edilib.
Astro Bot – PlayStation 5 üçün eksklüziv oyun
GDC Awards 2025-də ən yaxşı texnologiya və audio nominasiyalarında qalib olan Astro Bot isə 6 sentyabr 2024-cü ildə PlayStation 5 üçün eksklüziv olaraq buraxılıb. Platformer janrında hazırlanan bu oyun 80-dən çox səviyyədən ibarətdir və oyunçular 6 fərqli qalaktikada, 50 unikal planetdə səyahət edə bilərlər. Oyunda PlayStation-un məşhur personajları ilə qarşılaşmaq mümkündür. Hərəkət üçün isə “Dual Speeder” adlı mexanizmdən istifadə olunur.