“Dotabuff” platformasının statistikalarına əsasən, Batrider Dota 2-nin 7.39 versiyasında ən güclü və effektiv qəhrəmanlardan birinə çevrilib. İllər öncə bu qəhrəmanı qeyri-adi rol üçün sınamağa çalışan oyunçular olsa da, onun əsl potensialı məhz bu yeniləmədə tam üzə çıxıb.
Köhnə ideya, yeni güc
2022-ci ildə keçirilən The International turnirində tanınmış oyunçu Nikita “Daxak” Kuzmin Batrider-i kerri rolda sınamışdı. Lakin onun komandası BetBoom Team uğur qazana bilməmiş və erkən mərhələdə turniri tərk etmişdi. Bu gün isə vəziyyət dəyişib: 7.39 patçında qəhrəman radikal dəyişikliklərə məruz qalıb.
Sticky Napalm – indi daha təhlükəli
Batrider-in əsas bacarıqlarından biri olan Sticky Napalm indi əvvəlkindən qat-qat təsirlidir:
- Bacarıq bir istifadə ilə iki stack əlavə edir
- Maksimum stack sayı 20-yə qədər artırılıb
- 5-ci səviyyədə hər hücum əlavə bir stack verir
- Shard ilə binalara qarşı 35% əlavə zərər tətbiq olunur
Bu dəyişikliklər Napalm-ı yalnız dəstək və nəzarət vasitəsi deyil, birbaşa ziyan mənbəyinə çevirib.
Firefly – tam transformasiya
Əsas dəyişikliklərdən biri də Firefly bacarığına aiddir. Yenilənmiş versiyada bacarıq Batrider-in özünü alovlandırır və ona:
- 40%-ə qədər hərəkət sürəti artımı
- Bacarıqlardan gələn ziyanın 20% artımı verir
Bu da onu hücum və müdafiə üçün həm mobil, həm də ölümcül edir.
Peşəkar səviyyədə ilk uğur – Nisha və Liquid
Team Liquid klubunun aparıcı oyunçusu Mihal “Nisha” Yankovski artıq yeni Batrider-in gücünü DreamLeague Season 26 turnirində nümayiş etdirib. Onun Batrider-lə Aurora Gaming üzərində qətiyyətli qələbəsi qəhrəmanın profesional səviyyədə də effektiv olduğunu sübut edib.