2
Electronic Arts-ın icraçı vitse-prezidenti Vins Zampella 55 yaşında avtomobil qəzasında vəfat edib. Bu barədə məlumatı NBC4 Los Angeles nəşri yayıb.
Faciə 21 dekabr 2025-ci il tarixində baş verib. Hadisə ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında qeydə alınıb: avtomobil dağ yolundan çıxaraq beton çəpərə çırpılıb. Qəza zamanı maşında Zampelladan başqa daha bir nəfər də olub.
Vins Zampellanın kariyerası:
- Yaradıcılıq yoluna 1990-cı illərdə başlayıb.
- Infinity Ward studiyasının rəhbəri kimi Call of Duty seriyasının yaradıcılarından biri olub.
- Daha sonra Respawn Entertainment şirkətinə rəhbərlik edərək Titanfall-un hər iki hissəsini ərsəyə gətirib.
- Apex Legends və Battlefield 6 layihələri üzərində çalışıb.
- Onun rəhbərliyi altında çıxan Battlefield 6, Steam-də 747 mindən çox eyni vaxtda onlayn oyunçu sayı ilə EA üçün rekord uğura imza atıb.