Street Fighter 6 üzrə peşəkar oyunçu Adeel “BigBird” Anuş Birləşmiş Ərəb Əmirliklərini təmsil edərək Red Bull Kumite Paris 2025 turnirində çempionluq qazandı. Bu, BigBird üçün ikinci Red Bull Kumite titulu oldu və onun beynəlxalq səviyyədə oyunçuluq nüfuzunu daha da gücləndirdi.
Gərgin final və böyük mükafat
Turnirin Grand Final mərhələsində “First to 5” formatında mübarizə aparan BigBird, Böyük Britaniyanın MOUZ komandasının oyunçusu EndingWalker (Samuel Arm) üzərində 5:3 hesablı inamlı qələbə qazandı. Qalib oyunçuya 9000 avro mükafat təqdim olundu.
Turnirdən maraqlı anlar
Red Bull Kumite Paris 2025 turnirində yadda qalan hadisələr çox oldu:
- Capcom Cup 11 qalibi və ZETA Division oyunçusu Kakeru, EndingWalkerə 3:5 hesabı ilə uduzaraq 1/4 finalda turnirlə vidalaşdı.
- Esports World Cup 2024 qalibi Xiaohai (Zeng Zhuojun) isə Karmine Corp oyunçusu Kilzyou (Kilian Fauche) ilə Mai Shiranui mirror matchində 3:5 hesablı məğlubiyyət aldı.
- Nyanpi Red Bull Kumite tarixində dəvət alan ilk qadın oyunçu oldu. O, yalnız bir oyun keçirərək 1/8 finalda Weibo Gaming təmsilçisi və ikiqat Capcom Cup qalibi MenaRDə 3:5 hesabı ilə uduzdu.
- Parisdə keçirilən bu turnir Red Bull Kumite seriyasının 10-cu yubiley tədbiri oldu.
- Esports Charts-ın məlumatına görə, turnirin pik canlı izləyici sayı 127.023 nəfər olub.
Turnirin detalları
Red Bull Kumite Paris 2025 tədbiri 5-6 aprel tarixlərində Fransanın Paris şəhərindəki Maison de la Mutualité konsert zalında baş tutdu. Turnirin ümumi mükafat fondu 50.000 ABŞ dolları təşkil edirdi və dünyanın 16 ən güclü SF6 oyunçusunu bir araya gətirdi.