17
BLAST Austin Major 2025 turniri üçün açıq seçmə mərhələlər altı müxtəlif bölgədə onlayn formatda keçiriləcək. Bu məlumatı HLTV.org jurnalisti Danış Alana BLAST-ın təqdimatında iştirak etdikdən sonra sosial şəbəkələrdə paylaşıb.
Məlumata görə, Counter-Strike 2 üzrə açıq seçmə turnirləri aşağıdakı bölgələrdə baş tutacaq:
- Avropa
- Çin
- Şimali Amerika
- Cənubi Amerika
- Okeaniya
- Qərbi Asiya
Bu mərhələlərdə ən yaxşı nəticə göstərən komandalar əsas turnirə vəsiqə qazanacaq.
BLAST Austin Major 2025 Turniri
BLAST.tv Austin Major 2025 3-22 iyun tarixlərində keçiriləcək. Turnirdə dünyanın ən güclü 32 komandası iştirak edəcək və ümumi mükafat fondu 1 250 000 dollar təşkil edəcək. Turnirin qalibi 500 000 dollar pul mükafatı ilə təltif olunacaq.