BLAST Austin Major 2025 üçün bilet satışı başlayır

by Nigar Məmmədova
0 comments

BLAST təşkilatçıları Counter-Strike 2 üzrə BLAST Austin Major 2025 turniri üçün bilet satışının ilkin mərhələsinin başlandığını elan edib.

İlkin satış detalları

  • Başlama vaxtı: 12 fevral, saat 07:00 (Bakı vaxtı)
  • Rəsmi bilet platformaları: Venue, Ticketmaster və Live Nation
  • Təhlükəsizlik xəbərdarlığı: BLAST rəsmi satışdan kənar biletlərin etibarlılığının təmin olunmadığını qeyd edərək, onları şəxsi satıcılardan və üçüncü tərəf platformalardan almamağı tövsiyə edib.

İlkin satışa yazılan istifadəçilərə email bildirişləri göndərilir. Lakin BLAST xəbərdarlıq edir ki, bildirişlər spam qovluğuna düşə bilər.

Turnir haqqında əsas məlumatlar

  • Keçirilmə tarixi: 9-22 iyun 2025
  • Yer: Ostin, ABŞ
  • Ümumi mükafat fondu: 1,25 milyon dollar
  • Çempionun qazanacağı məbləğ: 500 min dollar, kubok və titul

2025-ci ildən etibarən ənənəvi RMR-turnirlər ləğv edilib. Onların yerinə Major Regional Qualifiers (MRQ) adlanan yeni regional seçmə mərhələlər təşkil olunacaq. Bu mərhələlərdə:

  • Şimali və Cənubi Amerikadan 16 komanda,
  • Avropadan 16 komanda,
  • Asiyadan isə 8 komanda iştirak edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın