BLAST Bounty Fall 2025-in ən yaxşı 5 snayperi

by Nigar Məmmədova
0 comments

AWP hər zaman oyunun gedişatını dəyişən silah olub və Maltada keçirilən BLAST Bounty Fall 2025 turnirində bunu bir daha sübut etdi. Turnirdə Team Spirit The MongolZ-a qarşı 3:0 hesablı inamlı qələbə qazanaraq kuboku qaldırdı, lakin bu uğurun fonunda snayperlər matçların taleyini həll edən əsas oyunçular oldular.

Onların ilk fraglardır təmin etməsi, tempa nəzarət etməsi və təzyiq altında raundları bağlaması həlledici oldu.

Top-5 snayper BLAST Bounty Fall 2025

5. Senzu (The MongolZ)
Gənc Monqol oyunçu üçün bu turnir ciddi sınaq oldu. Finala qədər yüksəlsələr də, Senzu sabitlik göstərə bilmədi. Statistikası təvazökar olsa da, gələcək üçün potensial nümayiş etdirdi.
AWP statistikası: Qətl: 0.073 | Zərər: 7.42

4. ZywOo (Team Vitality)
Fransız ulduz hər zamankı kimi komandasını döyüşdə saxladı. Yarıfinalda The MongolZ-a məğlub olsalar da, onun kritik frqları Vitality-yə şans verdi.
AWP statistikası: Qətl: 0.275 | Zərər: 25.55

3. 910 (The MongolZ)
Senzu-dan fərqli olaraq, 910 AWP ilə komandasının aparıcı gücü oldu. Vitality-yə qarşı yarıfinalda həlledici rol oynadı və finalda da mübarizə apardı.
AWP statistikası: Qətl: 0.358 | Zərər: 31.68

2. sh1ro (Team Spirit)
Rus snayperin soyuqqanlı üslubu Spirit-in sabitliyinin açarı oldu. Finalda donk ilə tandem rəqibə şans buraxmadı.
AWP statistikası: Qətl: 0.380 | Zərər: 33.72

1. torzsi (MOUZ)
Turnirin ən yaxşı snayperi. Komandası yarıfinalda dayansa da, onun göstəriciləri hamını üstələdi. Astralis-ə qarşı dominant idi, Spirit-ə qarşı isə ən böyük təhlükə olaraq qaldı.
AWP statistikası: Qətl: 0.384 | Zərər: 37.73

Bunlar da xoşunuza gələ bilər