BLAST-dan Turnir Formatında Yeniliklər və 2027-ci il Təqvimi

by Nigar Məmmədova
0 comments

Məşhur turnir operatoru BLAST, rəsmi X hesabı vasitəsilə 2027-ci il üçün iddialı planlarını və yenilənmiş turnir formatlarını açıqlayıb. Əsas şikayətləri nəzərə alan təşkilatçı, xüsusilə böyük komandalar üçün risk-mükafat balansını (VRS xalları) tənzimləmək məqsədilə onlayn mərhələləri ləğv edərək tam LAN sisteminə keçib.

2027-ci il Turnir Mükafatları və İnvestisiyalar

BLAST ekosistemi dəstəkləmək üçün rekord məbləğdə — 10 milyon dollar investisiya ayırdığını bəyan edib. Bu, ötən mövsümlə müqayisədə 1,5 milyon dollar artım deməkdir. Ümumi büdcənin bölgüsü belədir:

  • 7,5 milyon dollar: Ümumi fond (3 milyon dollar birbaşa mükafatlar + 4,5 milyon dollar komandalara ödənişlər).
  • 1,8 milyon dollar: Dəvəti qəbul edən komandalara ödənişlər.
  • 700 min dollar: Komandaların səfər və digər xərclərinin qarşılanması.

Yenilənmiş Turnir Formatları

1. BLAST Bounty (Mövsümün İlk Turniri)

Əvvəlki 32 komandalı sistem ləğv edilərək daha kompakt və rəqabətli 16 komandalı formata keçilib. Bütün matçlar LAN formatında baş tutacaq.

  • Seçim: İnvaytlar VRS reytinqi və regional seçmələr əsasında veriləcək.
  • Mükafat Fondu: 1,25 milyon dollara qaldırılıb.
  • Format: Qrup mərhələsi “Double Elimination”, pley-off isə “Single Elimination” sistemi ilə keçiriləcək. Yeni “Bounty” (mükafat ovu) sistemi daha sonra açıqlanacaq.

2. BLAST Open (Mövsümün İkinci Turniri)

Bu turnir iki mərhələdən ibarət olacaq: ilk həftə studiya formatında, ikinci həftə isə böyük arenada azarkeşlər qarşısında keçiriləcək.

  • Mükafat Fondu: 1,25 milyon dollar.
  • Şərt: Bütün qarşılaşmalar LAN formatında təşkil olunacaq.

3. BLAST Rivals (Mövsümün Üçüncü Turniri)

Oktyabr ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsi planlaşdırılan bu turnir mövsümün ən gərgin yarışlarından biri olacaq. Mükafat Fondu: 1,25 milyon dollar.

BLAST-ın bu köklü dəyişiklikləri onlayn matçların təsadüfi nəticələrini aradan qaldırmaq və peşəkar səhnədə sabitliyi təmin etmək məqsədi daşıyır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın