BLAST Open Lisbon 2025 bu gün başlayır – Turnir haqqında hər şey

by Nigar Məmmədova
0 comments

19 martdan etibarən CS2 üzrə ilin ikinci böyük BLAST turniri – BLAST Open Lisbon 2025 start götürür. Çempionat 30 mart tarixinə qədər davam edəcək və ümumi mükafat fondu 400 min dollar təşkil edəcək.

Turnirin formatı

  • İştirakçılar: 16 komanda
  • Qruplar: İki qrupda mübarizə aparacaqlar
  • Pley-off: Hər qrupdan üç ən yaxşı komanda növbəti mərhələyə çıxacaq
  • Yarımfinal: Qrup qalibləri birbaşa yarımfinala yüksələcək
  • Digər komandalar: Pley-offa 1/4 finaldan başlayacaq

Turnirdə iştirak edən 12 komanda Valve reytinqinə əsasən (25 fevral) birbaşa dəvət alıb, 4 komanda isə regional seçmə mərhələlərdən keçib.

Turnirin keçirilmə yeri və vaxtı

  • Qrup mərhələsi: 19-24 mart tarixlərində Kopenhagen, Danimarka (BLAST Studios)
  • Pley-off və final oyunları: 28-30 mart, Lissabon, Portuqaliya (MEO Arena)

BLAST Open Lisbon 2025 – İlk oyun cədvəli

19 mart

  • 13:00 Spirit – The Huns
  • 15:30 MOUZ – Falcons
  • 18:00 Vitality – Astralis
  • 20:30 FaZe – VP

20 mart

  • 13:00 G2 – Imperial
  • 15:30 Eternal Fire – Liquid
  • 18:00 The Mongolz – M80
  • 20:30 NAVI – FURIA

CS2 azarkeşlərini maraqlı və gərgin mübarizə gözləyir. Turnir boyunca sürpriz nəticələr və yüksək səviyyəli qarşılaşmalar gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın