BLAST Slam IV iştirakçı siyahısında dəyişikliklər baş verdi

by Nigar Məmmədova
0 comments

BLAST turnir operatoru Dota 2 üzrə BLAST Slam IV turnirinin iştirakçı heyətində baş verən dəyişiklikləri elan edib. Məlumat təşkilatın sosial media hesablarında paylaşılıb.

Turniri Talon və PVISION komandaları buraxacaq. Talon-un dəvətdən imtina səbəbi açıqlanmayıb, PVISION isə oyunçularına istirahət üçün əlavə vaxt verməyi qərara alıb. Onların yerini Execration və MOUZ komandaları tutub.

BLAST Slam IV turniri 14 oktyabr – 9 noyabr tarixləri arasında Sinqapurda keçiriləcək. Yarışın mükafat fondu 1 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın