az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ
Epic Games Store
Oyun Xəbərləri

Epic Games Store-da bahar endirimləri başladı – minlərlə oyunda 75%-dək güzəşt

by Nigar Məmmədova Mart 27, 2025
Yazanın adı Nigar Məmmədova

Epic Games Store platformasında bahar endirimləri rəsmi olaraq start götürüb. Aksiyanın bir hissəsi olaraq minlərlə oyun 75%-dək endirimlə təqdim olunur. Endirimlər həm məşhur AAA layihələrini, həm də unikal indie oyunları əhatə edir.

Seçilmiş oyunlarda təklif olunan endirimlərdən bəziləri:

  • Sherlock Holmes The Awakened – 80% endirim
  • Sherlock Holmes: Crimes and Punishments – 90% endirim
  • Red Dead Redemption – 20% endirim
  • S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl – 15% endirim
  • Dragon Age: The Veilguard – 50% endirim
  • Ghost of Tsushima Director’s Cut – 33% endirim
  • EA Sports FC™ 25 Standard Edition – 70% endirim
  • Cyberpunk 2077 – 60% endirim
  • God of War – 60% endirim
  • God of War Ragnarök – 20% endirim
  • Creaks – 70% endirim

Bahar kampaniyası 9 aprel tarixinə qədər davam edəcək.

Mart 27, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
eChampions League 2025
Kibersport xəbərləri

EA eChampions League 2025 üçün yenilənmiş formatı təqdim etdi

by Nigar Məmmədova Mart 27, 2025
Yazanın adı Nigar Məmmədova

Electronic Arts 2025-ci ildə EA Sports FC 25 çərçivəsində baş tutacaq eChampions League turnirinin yeni formatla qayıtdığını elan edib. Yarış UEFA-nın real Çempionlar Liqası qaydalarına uyğunlaşdırılmış yeniliklərlə keçiriləcək.

Yeni sistemə əsasən, 36 oyunçu vahid liqada mübarizə aparacaq və hər biri 6 matç keçirəcək. Bu mərhələnin sonunda ən yaxşı 24 iştirakçı Knockout Phase adlanan pley-off mərhələsinə yüksələcək. Burada 8 finalçı müəyyənləşəcək.

Turnirə vəsiqə qazanmaq üçün 18 liqadan birində uğur qazanmaq tələb olunur. Seçim kvotası belə bölüşdürülüb:

  • İngiltərə, Almaniya, Fransa, Niderland, İtaliya, İspaniya – hərəsi 4 yer
  • Portuqaliya – 2 yer
  • Finlandiya, Norveç, Çexiya, İrlandiya, Bolqarıstan, Malta, Belçika, Litva, Rumıniya, Lüksemburq – hərəsi 1 yer

Final mərhələsi 28 may 2025-ci il tarixində Almaniyanın Münhen şəhərində yerləşən Eisbach Studios kompleksində keçiriləcək.

Turnirin təqvimi:

  • League Phase: 16–17 may
  • Knockout Phase: 18 may
  • Finals: 28 may

Mart 27, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
Falcons
Dota 2

Team Falcons mərhələ adladı – BOOM Esports turniri tərk etdi

by Nigar Məmmədova Mart 27, 2025
Yazanın adı Nigar Məmmədova

Team Falcons Dota 2 üzrə FISSURE Universe: Episode 4 turnirinin qrup mərhələsində həlledici qarşılaşmada BOOM Esports üzərində 2:1 hesablı qələbə qazanaraq pley-off mərhələsinə yüksəlib. Gərgin keçən qarşılaşma Falcons-un xeyrinə başa çatıb və komandaya növbəti mərhələyə çıxmaq imkanı verib.

Bu nəticə ilə Team Falcons artıq pley-offa vəsiqə qazanan PARIVISION, Team Tidebound, Team Liquid, Tundra Esports və Team Spirit komandalarına qoşulub.

Digər tərəfdən, BOOM Esports məğlubiyyətlə turnirlə vidalaşıb. Onlar daha əvvəl mübarizəni dayandıran Night Pulse, Talon Esports və digər komandaların sırasına qoşulub.

Qeyd edək ki, FISSURE Universe: Episode 4 turniri 22–30 mart tarixlərində onlayn formatda Avropa serverlərində keçirilir. Turnirin ümumi mükafat fondu 500 min dollar təşkil edir.

Mart 27, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
fatal fury city of the wolves ronaldo
Oyun Xəbərləri

Kriştianu Ronaldu Fatal Fury: City of the Wolves oyununa qoşulur

by Nigar Məmmədova Mart 27, 2025
Yazanın adı Nigar Məmmədova

Portuqaliyalı futbol əfsanəsi, “Ən-Nəsr” klubunun və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu döyüş oyunları dünyasına qədəm qoyur. O, Fatal Fury: City of the Wolves adlı klassik döyüş oyun seriyasının yeni buraxılışında oyunçu obrazı kimi təqdim olunacaq.

Bu qeyri-adi krossover rəsmi olaraq 40 yaşlı futbolçunun sosial media hesabında elan edilib. Oyunçular Ronalduya məxsus xüsusi döyüş texnikaları ilə yanaşı, onun məşhur qol sevinci “Siuuu”nu da oyunda görə biləcəklər – bu, qələbədən sonra avtomatik olaraq səhnələşdiriləcək.

Dünya futbol ulduzunun belə bir formatda görünməsi klassik Fatal Fury seriyasının canlanmasına marağı artıracaq mühüm hadisə kimi qiymətləndirilir. Ronaldu obrazının əlavə edilməsi oyunun həm yeni, həm də veteran fanatları üçün sürpriz olub.

Fatal Fury: City of the Wolves – SNK studiyasının hazırladığı ikölçülü döyüş oyunu seriyasının növbəti hissəsidir. Oyun 24 aprel tarixində PS4, PS5, Xbox Series X|S və PC platformaları üçün satışa çıxarılacaq.

Hazırda, 26–31 mart tarixlərində açıq beta-test mərhələsi keçirilir. Bu müddət ərzində oyunçular 9 fərqli döyüşçünü sınaqdan keçirə bilərlər:

  • Izoc
  • Kain R. Heinlein
  • Rock Howard
  • Terry Bogard
  • Hotaru Futaba
  • Jenet
  • Mai Shiranui
  • Preecha
  • Vox Reaper

Mart 27, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
The Witcher 4
Oyun Xəbərləri

The Witcher 4 2027-ci ildən tez çıxmayacaq – CD Projekt təsdiqlədi

by Nigar Məmmədova Mart 27, 2025
Yazanın adı Nigar Məmmədova

CD Projekt şirkəti rəsmi olaraq bildirib ki, məşhur The Witcher 4 oyununun 2026-cı ilin sonunadək buraxılması planlaşdırılmır. Bu da o deməkdir ki, oyun ən tez 2027-ci ildə oyunçuların ixtiyarına veriləcək.

2024-cü ilin maliyyə hesabatının təqdimatı zamanı şirkət nümayəndələri qeyd ediblər ki, layihə rəhbərliyi üçün nəzərdə tutulmuş stimullaşdırıcı proqramın birinci mərhələsi başa çatana qədər – yəni 2026-cı ilin sonunadək – oyun tamamlanmayacaq.

CD Projekt-in maliyyə direktoru Pyotr Nelyuboviç bildirib:

“Hazırda dəqiq buraxılış tarixini açıqlamağa hazır deyilik. Yeganə bildiyimiz budur ki, oyun stimullaşdırma proqramımızın ilk mərhələsi çərçivəsində çıxmayacaq.”

2024-cü ilin noyabrında studiya oyunun tammiqyaslı istehsal mərhələsinə keçdiyini bildirsə də, daha ehtiyatlı marketinq siyasətini seçdiyini vurğulamışdı. Lakin dekabrda The Game Awards tədbirində yayımlanan təsirli kinotik tizer fanatlarda 2026-cı ildə buraxılış ümidi yaratmışdı.

Artıq bu ehtimallar rəsmi olaraq təkzib olunub. Oyunçular The Witcher dünyasının yeni bölümü üçün daha uzun müddət gözləməli olacaqlar.

Mart 27, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
BetBoom
Dota 2

Team Liquid BetBoom üzərində qələbə ilə FISSURE Universe-də pley-offa yüksəldi

by Nigar Məmmədova Mart 26, 2025
Yazanın adı Nigar Məmmədova

Team Liquid Dota 2 üzrə keçirilən FISSURE Universe: Episode 4 turnirinin qrup mərhələsində BetBoom Team komandasını inamla məğlub edib. Görüş iki xəritə üzərində keçib və hər ikisində Liquid qalib gəlib – hesab 2:0.

Bu qələbə ilə Team Liquid turnirin pley-off mərhələsinə vəsiqə qazanan komandalar sırasına qoşulub. Daha əvvəl bu mərhələyə PARIVISION, Team Tidebound, Tundra Esports və Team Spirit vəsiqə qazanmışdı.

BetBoom Team üçün isə turnir hələ davam edir. Onlar növbəti oyunlarını qrup mərhələsində BOOM Esports, Aurora Gaming, Gaimin Gladiators, Team Falcons və 1win Team komandalarına qarşı keçirəcəklər. Bu oyunlar 26 mart tarixində baş tutacaq və nəticələr komandanın pley-offa yüksəlmək şansını müəyyənləşdirəcək.

Turnir 22–30 mart tarixləri arasında Avropa serverlərində onlayn formatda keçirilir. FISSURE Universe: Episode 4 turnirinin ümumi mükafat fondu isə 500 min ABŞ dolları təşkil edir.

Mart 26, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
onlayn atıcılar
Bələdçilər və strategiyalar

2025-ci ildə PC üçün ən yaxşı onlayn atıcı oyunlar

by Nigar Məmmədova Mart 26, 2025
Yazanın adı Nigar Məmmədova

2025-ci ildə PC üçün mütləq sınaqdan keçirməli olduğunuz ən maraqlı onlayn şuter oyunlarını sizlər üçün bir araya topladıq. Siyahıya həm klassiklər, həm də yeni çıxmış uğurlu layihələr daxildir. Hər oyunun təsviri və sistem tələbləri ilə tanış olaraq sizin üçün ən uyğun olanı seçə bilərsiniz.

1. Counter-Strike 2

Klassik Counter-Strike: Global Offensive oyununun genişləndirilmiş versiyası olan Counter-Strike 2, 27 sentyabr 2023-cü ildə təqdim edildi. Bu taktiki birinci şəxs atıcı oyununda 5-ə qarşı 5 formatında matçlar keçirilir. Komandalar ya bomba qurmaq və ya bütün rəqibləri məğlub etmək məqsədilə yarışır; 12-ci raunddan sonra tərəflər dəyişdirilir və qalib komanda 13 raund qazanmalıdır.​

Minimal sistem tələbləri:

  • ƏS: Windows 10​
  • Prosessor: 4 nüvəli Intel® Core™ i5 750 və ya daha güclü​
  • RAM: 8 GB​
  • Qrafik kartı: 1 GB və ya daha çox yaddaşa malik, DirectX 11 və Pixel Shader 5.0 dəstəyi olan​
  • Diskdə boş yer: 85 GB​

2. VALORANT

Riot Games tərəfindən 2020-ci ildə buraxılan VALORANT, hər birinin unikal qabiliyyətləri olan agentlərlə oynanan taktiki birinci şəxs atıcı oyunudur. Oyunun fərqli vizual üslubu və personajların xüsusi bacarıqları onu digər atıcı oyunlardan fərqləndirir.​

Minimal sistem tələbləri:

  • ƏS: Windows 10/11​
  • Prosessor: Intel Core 2 Duo E8400 və ya AMD Athlon 200GE​
  • Qrafik kartı: Intel HD 4000 və ya AMD Radeon R5 200​
  • RAM: 4 GB​

3. Rainbow Six Siege

2015-ci ildə təqdim edilən Tom Clancy’s Rainbow Six Siege, 5-ə qarşı 5 formatında taktiki matçlarla tanınır. Hər bir oyunçu unikal qabiliyyətlərə malik operator seçir və komandalar arasında balanslı strategiya qurmaq vacibdir. Ətraf mühitin dağıdıla bilməsi oyuna əlavə dərinlik qatır.​

Minimal sistem tələbləri:

  • ƏS: 64-bit Windows 10/11​
  • Prosessor: AMD Ryzen 3 1200 @ 3.1 GHz və ya Intel Core i5-4590 @ 3.3 GHz​
  • RAM: 8 GB​
  • Qrafik kartı: AMD RX 460 (2 GB) və ya NVIDIA GeForce GTX 750 Ti (2 GB)​

4. PUBG

PlayerUnknown’s Battlegrounds (PUBG), 100 oyunçunun bir ada üzərində sağ qalmaq uğrunda mübarizə apardığı məşhur “battle royale” janrında bir oyundur. Oyunçular silah, sursat və digər resursları toplayaraq son sağ qalan olmağa çalışırlar.​

Minimal sistem tələbləri:

  • ƏS: 64-bit Windows 10​
  • Prosessor: Intel Core i5-4430 və ya AMD FX-6300​
  • RAM: 8 GB​
  • Qrafik kartı: NVIDIA GeForce GTX 960 2GB və ya AMD Radeon R7 370 2GB​
  • Diskdə boş yer: 40 GB​

5. Fortnite

2017-ci ildə Epic Games tərəfindən buraxılan Fortnite, “battle royale” janrında inşaat mexanikası ilə fərqlənir. Oyunun kross-platform dəstəyi və müntəzəm yeniləmələri onu daim aktual saxlayır.​

Minimal sistem tələbləri:

  • ƏS: 64-bit Windows 10 versiyası 1703​
  • Prosessor: Intel Core i3-3225 3.3 GHz​
  • RAM: 8 GB​
  • Qrafik kartı: Intel HD 4000 və ya AMD Radeon Vega 8​

6. Helldivers 2

2024-cü ilin fevralında Arrowhead Game Studios tərəfindən təqdim edilən Helldivers 2, dörd oyunçudan ibarət komandaların yadplanetli varlıqlara qarşı mübarizə apardığı bir PvE oyunudur. Oyun müntəzəm yeniləmələrlə dəstəklənir və yeni məzmunlarla zənginləşdirilir.​

Minimal sistem tələbləri:

  • ƏS: 64-bit Windows 10/11​
  • Prosessor: Intel Core i7-4790K və ya AMD Ryzen 5 1500X​
  • RAM: 8 GB​
  • Qrafik kartı: NVIDIA GeForce GTX 1050 Ti və ya AMD Radeon RX 470​

7. Marvel Rivals

Çinli NetEase Games studiyası tərəfindən 2024-cü ilin dekabrında buraxılan Marvel Rivals, 6-ya qarşı 6 formatında Marvel komiks personajları ilə oynanan üçüncü şəxs atıcı oyunudur. Sürətli və dinamik oyun tərzi ilə Overwatch 2-yə bənzədilir, lakin Marvel personaj.

Mart 26, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
ESL Pro League Season 21-in yekunları
CS2

ESL Pro League Season 21-in yekunları: Team Vitality komandası MOUZ-u məğlub edərək dünyanın ən yaxşı komandası oldu, ZywOo isə MVP sayına görə s1mple-ın rekordunu qırdı

by Nigar Məmmədova Mart 26, 2025
Yazanın adı Nigar Məmmədova

ESL Pro League Season 21 kiberidman turniri olduqca möhtəşəm və maraqlı keçdi. Yarışmanın nəticələri növbəti dəfə Team Vitality-nin CS2 üzrə peşəkar səhnədəki dominantlığını təsdiqlədi. İndi isə fransızlara 2025-ci ilin ən yaxşı komandası adını tam təsdiqləmək üçün yalnız meycoru qazanmaq qalır.

Qrup mərhələsi

ESL Pro League Season 21 turniri 1-16 mart tarixlərində Stokholmda keçirildi və turnirin bütün matçlarına MelBet platformasında mərc etmək mümkün idi. Bu mərhələdə ən böyük sürpriz HEROIC komandasının erkən mübarizəni dayandırması oldu – halbuki onlar ötən il dünyanın ən güclü on komandası arasında yer alırdılar.

TYLOO-dan olan çinlilər isə xoş mənada təəccübləndirdilər: əvvəlcə 3DMAX və Eternal Fire komandalarını məğlub etdilər, daha sonra isə həlledici beşinci matçda FlyQuest-i turnirdən kənarlaşdırdılar. MelBet rəylərinə görə, brendin bir neçə müştərisi bu marketdən yaxşı pul qazanıb.

İkinci qrup mərhələsində turnirə favorit komandalar: G2 Esports, Team Spirit, The MongolZ, Team Vitality, MOUZ, Natus Vincere, Team Falcons və Team Liquid qoşuldu. Bu səkkiz komandadan yeddisi heç bir ciddi çətinlik çəkmədən pley-off mərhələsinə yüksəldi, yalnız Team Falcons uğursuz çıxış edərək turnirdən kənarda qaldı.

Pley-off mərhələsi

Eternal Fire əlinə düşən fürsətdən istifadə edə bilmədi və dünya reytinqində birinci yerdə olan Team Spirit-ə məğlub oldu. Bu dörddəbir final mərhələsinin ən maraqlı qarşılaşmalarından biri idi – ilk xəritə olan Nuke əlavə raundlara qədər uzandı, ikinci xəritə Anubis-də Eternal Fire qalib gəlsə də, üçüncü xəritə Mirage-də «Əjdahalar» qələbəni əllərindən buraxmadılar (2:1). Belə matçlarda əmsalları Live  rejimdə izləyərək böyük uduş əldə etmək mümkündür. Qazandığınız uduşdan sonra isə artıq Melbet pulu ödəyirmi ? sualını verməyə ehtiyac qalmayacaq.

Sonrakı matçlarda MOUZ komandası G2 Esports-u (2:1), Team Vitality isə Team Liquid-i (2:0) məğlub etdi. NAVI azərkeşləri üçün əsl şok effekti yaradan matç isə The MongolZ ilə oyun oldu. Bütün ekspertlər təcrübə və strategiya baxımından rəqibindən obyektiv şəkildə üstün olan Natus Vincere-nin qələbə qazanacağını düşünürdülər. Ən ehtiyatlı proqnozlarda hesab 2:1 olaraq göstərilirdi: gözləntilərə görə, The MongolZ öz xəritəsini qazanacaq, ancaq həlledici xəritədə uduzacaqdı. Görünür, monqollar proqnozları oxumamışdılar və ötənilki meycor qaliblərini Mirage və Ancient xəritələrində eyni dərəcədə alçaldıcı 13:6 hesabları ilə darmadağın etdilər.

Yarımfinalda The MongolZ komandası böyük əziyyətlə Team Vitality-dən yalnız bir xəritə – Nuke-u ala bildi (16:14), lakin Anubis və Inferno xəritələrində cəmi 6 xal toplaya bildilər. Digər yarımfinal qarşılaşmasında MOUZ vs. Team Spirit Danil “donk” Kryshkovets-in möhtəşəm oyunu (64-49, 1,33 reytinq) komandasının qələbəsi üçün yetərli olmadı, çünki «Siçanların» snayperi Adam “torzsi” Torzsas daha yaxşı oldu.

Böyük-final

Turnirin finalına Team Vitality komandası ardıcıl 10 matçlıq qələbə seriyası və IEM Katowice 2025 qalibi statusu ilə gəldi. Digər tərəfdən, MOUZ komandası yenicə PGL Cluj-Napoca 2025-i qazanmışdı və ESL Pro League-in son üç finalında doqquz xəritənin heç birində məğlub olmamışdı.

Rəqiblər bir-birinə layiq idi, amma səhnədə «Siçanlar» bütün komponentlərdə uğursuz çıxış etdilər. Komandanın beş oyunçusunun hamısı finalı birdən aşağı reytinqlə başa vurdu, halbuki «Arıların» ən zəif oyunçusu kapitan Dan “apEX” Madesclaire oldu və onun reytinqi 1,24 təşkil etdi! Nəticədə oyun cəmi üç xəritədə başa çatdı: Dust2 (13:9), Nuke (13:4) və Inferno (13:5).

Team Vitality 2025-ci ildə ikinci böyük turnirini qazanaraq 250,000 dollar mükafat əldə etdi və ESL Grand Slam Season 5 çərçivəsindəki 1,000,000 dollarlıq mükafata yalnız bir addım qaldı. Komandanın snayperi Mathieu “ZywOo” Herbaut Erbo HLTV versiyasına görə haqlı olaraq turnirin MVP-si seçildi və MVP mükafatlarının sayına görə əfsanəvi Oleksandr “s1mple” Kostyljev  geridə qoydu (22 qarşı 21). Nəhayət, Valve-ın yeni reytinqində Team Vitality, Team Spirit-i birinci pillədən endirərək CS2 üzrə dünyanın ən yaxşı komandası oldu.
Yeni böyük turnirləri izləyin və kiberidman üzrə mütəxəssislərimizin hazırladığı MelBet baxışlarını oxumağa davam edin!

Mart 26, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
gta 6
Oyun Xəbərləri

Üç nəhəng oyun şirkəti GTA 6 ilə rəqabətdən qaçmaq üçün relizlərini təxirə sala bilər

by Nigar Məmmədova Mart 26, 2025
Yazanın adı Nigar Məmmədova

2025-ci ilin payızında buraxılması gözlənilən Grand Theft Auto 6 oyunu oyun sənayesində əməlli-başlı səs-küy yaradıb. Oyunun dəqiq çıxış tarixi hələ açıqlanmasa da, artıq bir neçə iri yayımçı öz layihələrinin reliz tarixlərini dəyişdirməyi və ya təxirə salmağı planlaşdırır. Səbəb isə sadədir – GTA 6 ilə eyni vaxtda bazara çıxmaq risklidir.

The Game Business nəşrinin məlumatına görə, bir sıra oyun istehsalçıları və yayımçıları strateji qərarlar qəbul edir. Onlardan bəziləri planlaşdırılmış relizlərini başqa tarixə keçirir, digərləri isə canlı xidmət əsasında işləyən oyunlara nəzərdə tutulan böyük yeniləmələri təxirə salır.

Bununla bağlı bir şirkətin rəhbəri belə deyib:

“Biz GTA 6 ilə eyni dövrdə olmaq istəmirik. Fərqli layihələrimiz üçün bir neçə ehtiyat planımız var.”

Digər sənaye nümayəndələri də qeyd edir ki, hətta GTA 6 olmasa belə, reliz üçün uyğun vaxt seçmək çox çətindir. Bir Avropa AAA-yayımçısının yüksəkvəzifəli şəxsi bildirir:

“Oyunu GTA 6-dan əvvəl buraxsan, dolu yay bazarı ilə rəqabət aparırsan. Əgər geciksən, bu dəfə ‘Qara Cümə’ endirimlərinə düşürsən. Hər iki halda da risk var.”

Belə görünür ki, sənaye GTA 6 oyununu bir növ “nəhəng meteorit” kimi qəbul edir və hər kəs onun zərbə zonasından yayınmağa çalışır.

Təxirə salınmalar yalnız kiçik və orta studiyalarla məhdudlaşmır. Elektron Arts-ın baş direktoru Endryu Vilson da bu ilin əvvəlində növbəti Battlefield oyununun reliz tarixinin dəyişə biləcəyini və bunun arxasında “böyük gələcək reliz”in dayandığını bildirib. İzləyicilər bu qeydin GTA 6 ilə bağlı olduğunu düşünür.

Amma burada başqa bir təhlükə də var: GTA 6-nın özü də 2026-cı ilə təxirə salına bilər. Bu isə digər oyun istehsalçılarının reliz planlarını bir daha alt-üst edə bilər.

Bir yayımçının sözlərinə görə:

“Əgər biz oyunumuzu 2025-dən təxirə salsaq və Rockstar da eyni addımı atsa, nə olacaq? Hər şeyi yenidən dəyişməli olacağıq? Bu, ciddi gərginlik yaradır.”

Mart 26, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
Clash of Clans World Championship-2025
Turnirlər

Clash of Clans Dünya Çempionatı 2025-in formatı təqdim olundu

by Nigar Məmmədova Mart 25, 2025
Yazanın adı Nigar Məmmədova

Supercell şirkəti 2025-ci il üzrə Clash of Clans Dünya Çempionatı turnir seriyasının tam formatını açıqlayıb. Turnirin əsas mərhələsində 8 komanda mübarizə aparacaq və bu komandalar müxtəlif seçim mərhələləri vasitəsilə finala yüksələcəklər.

Final mərhələsinə vəsiqə qazanma yolları:

  1. 5 onlayn ay turniri – Hər bir turnirin mükafat fondu 39 min ABŞ dolları təşkil edir.
  2. Çin üçün regional seçmə mərhələsi (Lower Town Halls) – Bu mərhələnin mükafat fondu 49 800 ABŞ dolları olacaq.
  3. Son fürsət turniri (LCQ) – Burada komandalar 50 min dollar uğrunda mübarizə aparacaq.
  4. Ən yaxşı reytinqə sahib komanda – Ay finallarında ən stabil nəticə göstərən kollektiv bu yerə sahib olacaq. Reytinq üzrə mükafat 5 200 dollardır.

Final turniri haqqında:

  • Ümumi mükafat fondu: 700 000 ABŞ dolları
  • Birinci yerin mükafatı: 300 000 ABŞ dolları

Təqvim:

İlk turnir 2025-ci il 19–27 aprel tarixlərində keçiriləcək.

Bu ilki format daha çox iştirakçını cəlb etməyə və regional balansı qorumağa yönəlib. Supercell bildirir ki, reytinq sisteminin əlavə olunması daha stabil və bacarıqlı komandaların son mərhələyə çıxmasına imkan yaradacaq.

Mart 25, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • BIG və NRG qarşılaşması IEM Cologne Major 2026 Stage 1-in ən çox izlənilən matçı oldu
  • Counter-Strike 2026-cı ildə baxış sayına görə Valorant-ı geridə qoyur
  • “Monte”nin məşqçisi kakafu “Cologne Major” turnirindən kənarlaşdırılma təhlükəsi ilə üz-üzədir
  • Spirit və FUT “IEM Cologne Major 2026 Stage 3”-ə vəsiqəni təmin etdilər
  • PUBG MOBILE “Naruto” anime serialı ilə əməkdaşlığı anons etdi

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • BIG və NRG qarşılaşması IEM Cologne Major 2026 Stage 1-in ən çox izlənilən matçı oldu
  • Counter-Strike 2026-cı ildə baxış sayına görə Valorant-ı geridə qoyur
  • “Monte”nin məşqçisi kakafu “Cologne Major” turnirindən kənarlaşdırılma təhlükəsi ilə üz-üzədir
  • Spirit və FUT “IEM Cologne Major 2026 Stage 3”-ə vəsiqəni təmin etdilər
  • PUBG MOBILE “Naruto” anime serialı ilə əməkdaşlığı anons etdi

Kateqoriyalar

  • Facebook

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ