My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
Xbox Game Pass
Oyun Xəbərləri

Game Pass kataloquna Death Stranding, Resident Evil Village və digər hit oyunlar əlavə olunur

by Nigar Məmmədova Yanvar 22, 2026
Yazanın adı Nigar Məmmədova

Microsoft şirkəti yaxın vaxtlarda Xbox Game Pass kataloquna daxil olacaq oyunların siyahısını açıqlayıb. Yanvar ayının ikinci yarısı və fevralın əvvəlində xidmət abunəçilərə olduqca rəngarəng və zəngin layihələr təqdim edəcək. Artıq kult halına gəlmiş qorxu oyunu Resident Evil Village və 20 yanvarda işıq üzü görərək tənqidçilərdən müsbət rəylər alan yeni metroidvaniya janrlı MIO: Memories in Orbit abunəçilər üçün əlçatandır.

Xbox Game Pass-a əlavə olunan yeni oyunlar:

  • Resident Evil Village (Bulud, PC və Xbox) — Artıq Game Pass Ultimate, Premium və PC Game Pass-da aktivdir.
  • MIO: Memories in Orbit (Bulud, ROG Xbox Ally, PC və Xbox Series X|S) — Artıq Game Pass Ultimate və PC Game Pass-da aktivdir.
  • Death Stranding Director’s Cut (Bulud, PC və Xbox Series X|S) — 21 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
  • RoadCraft (PC) — 21 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da (diqqət: Rusiya mənşəli oyundur!).
  • Ninja Gaiden Ragebound (Bulud, PC və Xbox Series X|S) — 21 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
  • The Talos Principle II (PC və Xbox Series X|S) — 27 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
  • ANNO: Mutationem (Bulud, PC və Xbox) — 28 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
  • Drop Duchy (Bulud, PC və Xbox) — 28 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
  • MySims: Cozy Bundle (PC) — 29 yanvardan etibarən Game Pass Ultimate və PC Game Pass-da.
  • Warhammer 40,000: Space Marine II (Bulud, PC və Xbox Series X|S) — 29 yanvardan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da (diqqət: Rusiya mənşəli oyundur!).
  • INDIKA (Bulud, PC və Xbox Series X|S) — 2 fevraldan etibarən Game Pass Ultimate və PC Game Pass-da (diqqət: Rusiya mənşəli oyundur!).
  • Final Fantasy II (Bulud, PC və Xbox Series X|S) — 3 fevraldan etibarən Game Pass Ultimate, Premium və PC Game Pass-da.
Xbox Game Pass-a yeni oyunlar gəlir: Resident Evil və Death Stranding

31 yanvarda kataloqu tərk edəcək oyunlar:

  • Shady Part of Me
  • Cataclismo
  • Starbound
  • Lonely Mountains: Snow Riders
  • PAW Patrol World
  • Citizen Sleeper 2: Starward Vector
  • Orcs Must Die! Deathtrap
Yanvar 22, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
CS2-də mövsümlarası ən səs-küylü transferlər
CS2

CS2-də mövsümlarası ən səs-küylü transferlər

by Nigar Məmmədova Yanvar 22, 2026
Yazanın adı Nigar Məmmədova

Turnirlər arasında qısa yeni il fasiləsi zamanı Counter-Strike 2 komandaları adətən istirahətə, məşqlərə və heyət dəyişikliklərinə vaxt ayırırlar. Bu qış kimin keçidi ən səs-küylü oldu – bunu bu MelBet baxışında təhlil edəcəyik.

Valve reytinqinin Top-10-luğunda olan komandaların əksəriyyəti cari heyətlərini qorudu, baxmayaraq ki, ən azı Falcons və NAVI-də dəyişikliklər olacağı proqnozlaşdırılırdı. Ötən il Team Vitality ən yüksək səviyyəli oyunçu Robin  “⁠ropz⁠”  Kool-u pulsuz əldə etdi və bunun sayəsində 2025-ci ilin hər iki meycor turnirini qazandı. Qalib heyəti dəyişmək – pis əlamətdir və fransızlar bunu etmədilər. Bəs sonunda kim dəyişikliklərə getdi?

Team Spirit (+ magixx и zont1x, – chopper və ”və zweih)

Gənc istedad Danil “donk” Kryshkovets 2025-ci ilin bütün mövsümü serverdə hər kəsi darmadağın edirdi, lakin Team Spirit bununla tam şəkildə faydalana və öz əsas ulduzunun nəticələrini bütün komanda üçün titullara çevirə bilmədi. Komandanın uğursuzluğunda günahkar kimi kapitan Leonid  “chopper”  Vishnyakov seçildi. Eyni zamanda Tier-1 səviyyəsində özünü kifayət qədər göstərə bilməyən yeni oyunçu Ivan  “zweih” Gogin-dən də imtina etməyə qərar verildi. Menecment üçün bu qərar çətin olmadı – çünki ehtiyat skamyasında artıq döyüşlərdə sınanmış oyunçular Boris  “magixx”  Vorobyev və Myroslav “zont1x”  Plakhotia otururdu.

Astralis (+ phzy və ryu, – Magisk və dev1ce)

2025-ci ildə Astralis-in nəticələri o qədər aşağı düşdü ki, heyət yenilənməsi qaçılmaz oldu. Nəticədə danimarka komandasını Emil  “Magisk” Reif və Nicolai  “dev1ce” Reedtz tərk etdilər, onların yerinə isə isveçli Love “phzy” Smidebrant və litvalı Gytis  “ryu” Glušauskas transfer edildi. Dəyişiklik açıq şəkildə bərabər görünmür, odur ki, keçmişin əfsanəvi Astralis komandası üçün 2026-cı ildə dirçəliş gözləməyə dəyməz.

100 Thieves (+ dev1ce, poiii, sirah, Ag1l)

Nicolai  “dev1ce” Reedtz uzun müddət işsiz qalmadı – o, demək olar ki, dərhal perspektivli 100 Thieves layihəsinə qoşuldu. Komanda ötən ilin noyabrında keçmiş FaZe Clan oyunçusu Havard  “rain” Nygaard ətrafında formalaşdırılmağa başlanmışdı. Dekabr ayında layihəyə məşqçi qismində daha bir keçmiş Astralis oyunçusu – Lukas  “gla1ve” Rossander qoşuldu. Və artıq cari ildə təşkilat yekun heyəti formalaşdıraraq Alex “poiii” Nyholm Sundgren (Alliance), William “sirah”  Kjarsgaard (ECSTATIC) və Andre “Ag1l” Gil (SAW) ilə müqavilə imzaladı.

BC.Game (+ MUTiRiS, krazy, aragornN, – aNdu, CacaNito, emi)

Tier-2/3 turnirləri vasitəsilə reytinqin zirvəsinə yol açmaq əvəzinə, BC.Game təşkilatı portuqal SAW komandasının əsasını – Christopher “MUTiRiS” Fernandes, Adones “krazy” Nobre və Antonio “aragornN” Barbosa-nı transfer etdi. Bundan əlavə, təşkilat G2-nin keçmiş məşqçisi Wiktor  “TaZ” Wojtas ilə müqavilə imzaladı. Və indi keçmiş NAVI oyunçularından ibarət təcrübəli duet – s1mple və electroNic – 2026-cı ilə Intel Extreme Masters Krakow 2026 kimi top turnirlə başlayacaq.

Mövsümlərarası ayrı-ayrı transferlərdən aşağıdakıları qeyd etmək olar:

  • Anarbileg “cobrazera” Uuganbayar ( The Huns-dan в The MongolZ-a)
  • Caner “soulfly” Kesici ( Fire Flux-dan  Aurora-ya)
  • Benjamin “blameF” Bremer ( Fnatic-dən в BIG-a)
  • Pavle “maden” Boskovic ( Zero Tenacity-dən в Fnatic-a)
  • Volodymyr “Woro2k” Veletniuk ( Passion UA-dan Eternal Fire-ya)
  • Artem “cairne” Mushynskyi ( Inner Circle-dan Ninjas in Pyjamas-a). 

Yanvar ayında kiberidman azarkeşlərini iki böyük turnir gözləyir – BLAST Bounty Winter 2026 və Intel Extreme Masters Krakow 2026. Deməli, çox tezliklə CS2-nin top komandaları üçün mövsümlərarası transferlərin nə dərəcədə uğurlu olduğunu görəcəyik. MelBet platforması ilə bağlı isə bir çoxlarının maraqlandığı sual aktuallığını qoruyur: MelBet ödənişi edirmi?

Yanvar 22, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
MP9 Dark Age
CS2

CS2-də MP9 Dark Age skininin qiyməti 20 dəfə artdı

by Nigar Məmmədova Yanvar 22, 2026
Yazanın adı Nigar Məmmədova

Counter-Strike 2-nin ticarət bazarında bir sıra MP9 skinlərinin qiymətində kəskin artım qeydə alınıb. Cəmi qısa müddət ərzində bəzi əşyaların dəyəri bir neçə dəfə yüksəlib.

Qiymət artımına görə məsuliyyəti daha əvvəl “Nocts” əlcəkləri ilə bağlı spekulyasiyalarda adı hallanan çinli investor öz üzərinə götürüb. İcmanın məlumatına görə, artım məqsədyönlü kütləvi satınalmalar tərəfindən stimullaşdırılıb ki, bu da bazarda təklifi süni şəkildə azaldıb.

Hansı MP9 skinləri bahalaşıb?

Mövcud məlumatlara görə, qiyməti ən çox artan skinlər aşağıdakılardır:

  • MP9 | Colored Glass — qiymət təxminən 255 dollardan 1400 dollara qalxıb.
  • MP9 | Dark Age (Qaranlıq dövr) — 55 dollardan 1090 dollara qədər bahalaşıb.
  • MP9 | Setting Sun (Qürub) — 52 dollardan 620 dollara yüksəlib.
  • MP9 | Hydra — qiymət 64 dollardan 585 dollara qədər artıb.

İcmanın reaksiyası

Oyunçuların və treyderlərin fikirləri bölünüb: bir qism artımın müvəqqəti olduğunu və tezliklə korreksiya (qiymət düşümü) gözlənildiyini düşünür, digərləri isə baş verənlərdə CS2 bazarındakı keçmiş spekulyativ ssenarilərin təkrarını görürlər.

Belə qiymət sıçrayışları əvvəllər də baş verib və adətən ajiotaj azaldıqdan sonra kəskin ucuzlaşma ilə müşayiət olunub. Ekspertlər skinləri qiymətin pik həddində almağa ehtiyatla yanaşmağı tövsiyə edirlər.

Yanvar 22, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Elden Ring
Oyun Xəbərləri

İlon Mask qızına “Elden Ring” oyunundakı sehrin adını qoyub

by Nigar Məmmədova Yanvar 21, 2026
Yazanın adı Nigar Məmmədova

Amerikalı iş adamı İlon Mask qızına video oyun olan “Elden Ring“dəki bir sehrin şərəfinə Comet Azure adını verdiyini açıqlayıb. O, bu barədə “X” (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.

Mask 2022-ci ildə işıq üzü görən “Elden Ring” oyununun böyük pərəstişkarıdır. Lakin o, oyundakı uğursuz personaj göstəricilərini (build) paylaşdıqdan sonra oyunçular tərəfindən zarafatla “oyunun ən pis oyunçusu” adlandırılıb.

Ötən il Mask qeyd etmişdi ki, video oyunlar onun “yeganə istirahət məşğuliyyətidir”. O, uşaq tərbiyəsi ilə “SpaceX”, “Tesla” və “X” şirkətlərindəki gərgin iş qrafiki arasında zehnini “sakitləşdirmək” üçün oyun oynadığını bildirib.

Yanvar 21, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
EWC 2026
Kibersport xəbərləri

Trackmania EWC 2026-nın intizam siyahısını tamamladı

by Nigar Məmmədova Yanvar 21, 2026
Yazanın adı Nigar Məmmədova

Esports World Cup Foundation (EWCF) Ubisoft Nadeo ilə çoxillik tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində Trackmania arkada yarış oyununun Esports World Cup (EWC) 2026 turnir proqramına əlavə edilməsi nəzərdə tutulur.

Turnirdə 32 oyunçu 500 000 $ məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq. Əsas çempionatdan əvvəl açıq seçmə mərhələlər keçiriləcək. Seçmə yarışlarla bağlı əlavə təfərrüatlar yanvarın 26-da, oyun üçün buraxılacaq yenilənmə ilə eyni vaxtda açıqlanacaq.

Trackmania EWC 2026-da yeganə yarış oyunu olacaq. O, 2024-cü ildən bəri siyahıda olan RENNSPORT-u əvəz edib. Trackmania turnirləri uzun illərdir ki, keçirilməkdədir; belə ki, oyun 2006-cı ildən 2015-ci ilə qədər Electronic Sports World Cup (ESWC) proqramında yer alıb.

EWC 2026-da aşağıdakı oyunlar üzrə turnirlər keçiriləcək:

  • Apex Legends
  • Call of Duty: Black Ops 7
  • Call of Duty: Warzone
  • Şahmat (Chess)
  • Counter-Strike 2
  • Crossfire
  • Dota 2
  • EA Sports FC 26
  • FATAL FURY: City of the Wolves
  • Fortnite
  • Free Fire
  • Honor of Kings
  • League of Legends
  • Mobile Legends: Bang Bang
  • Overwatch 2
  • PUBG: Battlegrounds
  • PUBG Mobile
  • Rocket League
  • Street Fighter 6
  • Tekken 8
  • Rainbow Six Siege X
  • Teamfight Tactics
  • Trackmania
  • VALORANT
Yanvar 21, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Steam
Oyun Xəbərləri

Valve oyunlarda süni intellekt istifadəsinin açıqlanması ilə bağlı Steam qaydalarını yenilədi

by Nigar Məmmədova Yanvar 21, 2026
Yazanın adı Nigar Məmmədova

Valve şirkəti oyunlarda süni intellektin (Sİ) tətbiqi barədə məlumatların verilməsi ilə bağlı Steam qaydalarına nəzərəçarpacaq düzəlişlər edib. 2024-cü ildən etibarən şirkət tərtibatçılardan layihənin yaradılması zamanı generativ süni intellektdən istifadə edilib-edilmədiyini qeyd etməyi tələb edir. Bu məlumatlar mağazadakı oyun səhifəsində “AI Generated Content Disclosure” bölməsində əks olunur.

“GameDiscoverCo”dan Saymon Karless Steam-in siyasətindəki dəyişikliklərə diqqət çəkib; burada Valve dəqiqləşdirib ki, kodlaşdırma köməkçiləri kimi Sİ əsaslı alətlər xüsusi nişanlanma tələb etmir. Bununla belə, tərtibatçılar oyun daxilində, mağaza səhifəsində və ya marketinq materiallarında oyun məzmununun yaradılması üçün Sİ-dən istifadə edildiyini bildirməyə borcludurlar. Oyun prosesi zamanı süni intellekt tərəfindən yaradılan (generated) məzmun üçün ayrıca qeyd tələb olunur.

Ötən il keçirilmiş “Game Developers Conference” sorğusunun nəticələrinə görə, tərtibatçıların əksəriyyəti, yəni 52 faizi, şirkətlərinin artıq generativ süni intellektdən istifadə etdiyini bildirib.

Yanvar 21, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
BLAST Slam VI
Dota 2

BLAST Slam VI turnirinin bütün iştirakçıları açıqlandı

by Nigar Məmmədova Yanvar 21, 2026
Yazanın adı Nigar Məmmədova

Turnir operatoru BLAST, Dota 2 üzrə keçiriləcək BLAST Slam VI çempionatının tam iştirakçı siyahısını təqdim edib. Təşkilatçıların verdiyi məlumata görə, turnirdəki son dörd yeri Team Liquid, OG, Team Spirit və GamerLegion komandaları tutub.

İştirakçıların tam siyahısı aşağıdakı kimidir:

  • Tundra Esports (Slam IV-ün ən yaxşı 4-lüyü)
  • Team Falcons (Slam IV-ün ən yaxşı 4-lüyü)
  • MOUZ (Slam IV-ün ən yaxşı 4-lüyü)
  • HEROIC (Slam IV-ün ən yaxşı 4-lüyü)
  • Team Yandex (Slam V-in ən yaxşı 4-lüyü)
  • Team Liquid (Birbaşa dəvət)
  • OG Esports (Birbaşa dəvət)
  • Team Spirit (Birbaşa dəvət)
  • GamerLegion (Amerika üzrə dəvət)
  • Natus Vincere (Avropa seçmə mərhələsi)
  • REKONIX (Cənub-Şərqi Asiya seçmə mərhələsi)
  • Xtreme Gaming (Çin seçmə mərhələsi)

BLAST Slam VI turniri 3-15 fevral tarixlərində baş tutacaq. Qrup mərhələsi onlayn formatda, pley-off mərhələsi isə Maltada LAN formatında keçiriləcək. Yarışın mükafat fondu 1 000 000 $ təşkil edir.

Yanvar 21, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Six Invitational 2026
Kibersport xəbərləri

Six Invitational 2026-nın bütün iştirakçıları bəlli oldu

by Nigar Məmmədova Yanvar 20, 2026
Yazanın adı Nigar Məmmədova

Rainbow Six Siege üzrə Six Invitational 2026 turnirinin regional seçmə mərhələləri başa çatdı. İndi çempionatda çıxış edəcək bütün 20 komandanın adı məlumdur.

Turnirdə aşağıdakı komandalar mübarizə aparacaqlar:

  • M80
  • Falcons
  • Weibo Gaming
  • Furia
  • Elevate
  • Team Secret
  • Wildcard
  • Enterprise Esport
  • Project Zero
  • Black Dragons
  • Faze
  • Space Station Gaming
  • G2
  • Shopify Rebellion
  • FEARX
  • Fluxo W7M
  • DPLUS KIA
  • Ninjas in Pyjamas
  • Oxygen Esports
  • Daystar

Komandaların qruplar üzrə bölgüsü də artıq müəyyənləşib. Six Invitational 2026 turniri 2-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək. Yarışın mükafat fondu 3 000 000 $ təşkil edir.

Yanvar 20, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Barsa
Valorant

“Barselona” FK qadın VALORANT komandasını transfer etdi

by Nigar Məmmədova Yanvar 20, 2026
Yazanın adı Nigar Məmmədova

İspaniyanın “Barselona” futbol klubu rəsmi olaraq qadınlardan ibarət VALORANT komandası ilə müqavilə imzalayıb. Heyət Barça eSports GC teqi altında çıxış edəcək.

Klubun artıq League of Legends və VALORANT üzrə kişi komandaları fəaliyyət göstərir. İndi isə təşkilat bu ilin sonunda keçiriləcək VALORANT Game Changers Championship turnirinə vəsiqə qazanmağı hədəfləyir.

Barça eSports GC heyətinə Tier-2 səviyyəsində və Game Changers turnirlərində böyük təcrübəyə malik beş oyunçu daxil olub:

  • Toki (IGL və Controller)
  • Annie (Flex)
  • devilasxa (Sentinel)
  • miyori (Duelist)
  • Lyda (Initiator)
  • Quick (Məşqçi)

“Bu qadın komandası ‘Barselona’ FK-nın idmanda bərabərlik və inklüzivliyi təşviq edən təşəbbüsləri irəli aparmaq öhdəliyinin bir hissəsidir — bu, ‘Bir klubdan daha çoxu’ şüarının əsas sütunlarından biridir”, — deyə rəsmi press-relizdə bildirilir.

Yanvar 20, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Mobile Legends: Bang Bang
Kibersport xəbərləri

MLBB 2025-ci ilin ən populyar mobil kibersport növü oldu

by Nigar Məmmədova Yanvar 20, 2026
Yazanın adı Nigar Məmmədova

“Esports Charts” analitik şirkəti ən populyar 5 mobil kibersport növünün siyahısını təqdim edib. Mobile Legends: Bang Bang (MLBB) 2025-ci ilin ən populyar mobil kibersport oyunu seçilib. MLBB turnirləri 424 milyon saatdan çox izlənmə toplayıb, eyni anda maksimum izləyici sayı (peak online) isə 4.1 milyon nəfər təşkil edib.

Arena of Valor izlənmə saatlarına görə PUBG Mobile-ı geridə qoyaraq ikinci yerə yüksəlib, mobil “kral döyüşü” (battle royale) isə üçüncü olub. İzlənmə saatı üzrə siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq Free Fire və Battlegrounds Mobile India (BGMI) tutub.

MLBB

Maksimum izləyici sayına (peak viewers) görə reytinqdə isə PUBG Mobile ikinci yerə çıxa bilib, Arena of Valor isə üçüncü pilləyə düşüb. Bu siyahıda Free Fire dördüncü yerini qoruyub, Clash Royale isə BGMI-ni əvəzləyərək beşinci olub.

Yanvar 20, 2026 0 comments
0 FacebookTwitterPinterestEmail
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • Valve Nyu-York baş prokurorunun ittihamlarını rədd etdi: “Keyslər qumar deyil”
  • ESL Pro League Mövsüm 23, 2-ci Mərhələ: Ən yaxşı 10 oyunçu
  • “Clair Obscur: Expedition 33” komandası oyunu demək olar ki, kod yazmadan ərsəyə gətirib
  • NAVI 2026-cı ildə ilk dəfə yarımfinalda: EPL 23-də “The MongolZ” üzərində inamlı qələbə
  • Counter-Strike 2-də “Dead Hand” kolleksiyası və 22 yeni əlcək təqdim olundu

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • Valve Nyu-York baş prokurorunun ittihamlarını rədd etdi: “Keyslər qumar deyil”
  • ESL Pro League Mövsüm 23, 2-ci Mərhələ: Ən yaxşı 10 oyunçu
  • “Clair Obscur: Expedition 33” komandası oyunu demək olar ki, kod yazmadan ərsəyə gətirib
  • NAVI 2026-cı ildə ilk dəfə yarımfinalda: EPL 23-də “The MongolZ” üzərində inamlı qələbə
  • Counter-Strike 2-də “Dead Hand” kolleksiyası və 22 yeni əlcək təqdim olundu

Kateqoriyalar

  • Facebook

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri