My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
Gamescom 2025
Oyun Xəbərləri

Gamescom 2025-də rekord sayda iştirakçı: EA, Konami, SEGA və Netflix tədbirə qoşuldu

by Nigar Məmmədova İyul 21, 2025
Yazanın adı Nigar Məmmədova

Almaniyanın Köln şəhərində keçiriləcək Gamescom 2025 sərgisinə oyun sənayesinin nəhəng şirkətləri rekord sayda qatılacaq. Təşkilatçılar builki tədbirə marağın ötən illə müqayisədə 11% artdığını bildirirlər.

Sərginin iştirakçıları sırasına artıq CI Games, Electronic Arts, GIANTS Software, Headup, Kalypso, Konami, LEGO, Level Infinite, Marvelous Europe, Netflix, Paramount, SEGA və TencentGames kimi şirkətlər qoşulub. Daha əvvəl 2K, Bandai Namco, Bethesda, Blizzard, Capcom, CD Projekt Red, Krafton, Nintendo, The Pokémon Company, Ubisoft və Xbox da iştiraklarını təsdiqləmişdilər.

19 avqust tarixində baş tutacaq Opening Night Live mərasimini yenidən tanınmış aparıcı Ceff Kili təqdim edəcək. İlk təsdiqlənmiş tərəfdaş Activision olacaq — tədbirdə Call of Duty: Black Ops 7 oyununun dünya premyerası təqdim ediləcək.

Artan marağı qarşılamaq üçün təşkilatçılar əyləncə zonasını 8-ci Zala, indie səhnəsini isə 10.2-ci Zala qədər genişləndiriblər. İlk dəfə olaraq Event Arena 1-ci Zalda yerləşəcək. Burada əsas tədbirlər – Opening Night Live, The Witcher in Concert və Wargaming ilə Sabaton qrupunun birgə çıxışı baş tutacaq.

Gamescom direktoru Tim Endres qeyd edib:

“Rəqəmlər hər şeyi deyir. Gamescom 2025 daha böyük, daha həyəcanverici olacaq və yenidən qlobal oyun icmasının mərkəzinə çevriləcək.”

Almaniya Oyun Sənayesi Assosiasiyasının rəhbəri Feliks Falk isə vurğulayıb:

“Gamescom 2025 üçün hazırlıqlar tam sürətlə gedir. Avqustun sonunda dünya yenidən Almaniyada oyun bayramı yaşayacaq.”


İyul 21, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Team Spirit Team Falcons
Dota 2

Team Spirit Team Falcons-u darmadağın edərək Riyadh Masters 2025-in qalibi oldu

by Nigar Məmmədova İyul 21, 2025
Yazanın adı Nigar Məmmədova

İlya “Raddan” Mulyarçukun kapitanlıq etdiyi Team Spirit komandası Səudiyyə Ərəbistanında keçirilən Riyadh Masters 2025 Dota 2 turnirinin finalında Team Falcons üzərində inamlı qələbə qazanaraq çempion titulunu əldə edib.

Final seriyası Spirit komandasının tam üstünlüyü ilə keçdi və 3:0 hesabı ilə başa çatdı. Bütün üç oyun boyu çempionlar tam nəzarəti əllərində saxladılar, bu da matç statistikalarında aydın görünür:

  • 1-ci xəritə: 23:15 (39 dəqiqə)
  • 2-ci xəritə: 25:9 (40 dəqiqə)
  • 3-cü xəritə: 48:13 (35 dəqiqə)

Qələbəyə görə Team Spirit bir milyon dollar mükafat qazandı. Gümüş medalçı Team Falcons 500 min dollar, bürünc mükafatçı PARIVISION isə 300 min dollarla kifayətləndi.

İyul 21, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
BLAST Open Fall 2025
CS2

BLAST Open Fall 2025: CS2 turnirinin iştirakçıları açıqlanıb

by Nigar Məmmədova İyul 21, 2025
Yazanın adı Nigar Məmmədova

BLAST Open Fall 2025 üzrə Counter-Strike 2 (CS2) turnirinin təşkilatçıları əsas mərhələdə və regional təsnifatlarda iştirak edəcək komandaların adlarını açıqlayıblar. Bu barədə məlumat turnirin rəsmi saytında yerləşdirilib.

Əsas mərhələyə beynəlxalq VRS reytinqində yüksək mövqe tutan 12 komanda birbaşa dəvət alıb. Bu komandalar arasında Team Vitality, MOUZ, Team Spirit, FaZe Clan, Natus Vincere və 1xBet-in dəstəyi ilə The Mongolz da var. Qeyd edək ki, Team Falcons yarışdan imtinaya qərar verib.

Turnir üç mərhələdə keçiriləcək:

  1. Regional təsnifat mərhələləri
  2. Əsas mərhələ (onlayn formatda)
  3. LAN-final mərhələsi

Qapalı regional təsnifat mərhələlərində iştirak edəcək komandalar:

Avropa:

  • Astralis
  • Team Liquid
  • Ninjas in Pyjamas
  • Fnatic

Şimali Amerika:

  • NRG Esports
  • Wildcard Gaming
  • M80
  • Getting Info

Cənubi Amerika:

  • Legacy
  • Imperial Esports
  • ODDIK
  • Sharks Esports

Asiya:

  • Lynn Vision Gaming
  • TYLOO
  • FlyQuest
  • Chinggis Warriors

Əsas mərhələ 27 avqust – 1 sentyabr tarixlərində onlayn keçiriləcək. LAN-final isə 5–7 sentyabr tarixlərində Londonda baş tutacaq.

Turnirin ümumi mükafat fondu 400 min ABŞ dolları təşkil edəcək.

İyul 21, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
PS Store
Oyun Xəbərləri

PS Store-da Yay Endirimi başladı — minlərlə oyuna 75%-dək endirim

by Nigar Məmmədova İyul 20, 2025
Yazanın adı Nigar Məmmədova

Sony PlayStation Store-da genişmiqyaslı Yay Endiriminin başladığını elan edib. Kampaniya 13 avqusta qədər davam edəcək.

Oyunçular 4800-dən çox oyunu 75%-dək endirimlə əldə edə bilərlər. Endirim siyahısında bir çox yeni buraxılış da yer alır. Onlar arasında Clair Obscur: Expedition 33, The Elder Scrolls IV: Oblivion Remastered, Indiana Jones and the Great Circle, Metaphor: ReFantazio, Sid Meier’s Civilization VII Premium, Forza Horizon 5 və Assassin’s Creed Shadows kimi hitlər də var.

Qeyd edək ki, 29 iyulda endirim kataloqu yenilənəcək və bəzi oyunlar çıxarılacaq.

İyul 20, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
EA Sports FC 26
FIFA

EA Sports FC 26: rəsmi treyler, buraxılış tarixi və əsas yeniliklər təqdim olundu

by Nigar Məmmədova İyul 19, 2025
Yazanın adı Nigar Məmmədova

Electronic Arts rəsmi olaraq EA Sports FC 26 oyununu təqdim etdi — bu, əvvəllər FIFA adı ilə tanınan futbol simulyatorunun yeni hissəsidir. Anons zamanı tərtibatçılar ilk treyleri nümayiş etdirdi və oyunla bağlı əsas detalları paylaşdı.

EA Sports FC 26-da ənənəvi olaraq realistik fizika, yüksək keyfiyyətli qrafika, təkmilləşdirilmiş animasiyalar və gücləndirilmiş süni intellekt vəd edilir. Oyun 20 000-dən çox lisenziyalı futbolçu, 750-dən artıq klub, 35-dən çox liqa və milli yığmaları əhatə edəcək. Həmçinin dünyanın müxtəlif stadionları da daxil olacaq.

Ultimate Team rejimi yenilənəcək: yeni tədbirlər, turnirlər, eləcə də yenidən işlənmiş Rivals və Champs rejimləri təqdim ediləcək. Menecer karyerası rejimi də ciddi dəyişikliklərə uğrayacaq — həm qısa epizodlar, həm də çoxmövsümlü süjet kampaniyaları mövcud olacaq.

Əsas yeniliklərdən biri arxetip sistemi olacaq. Oyunçular öz personajlarını inkişaf etdirə, unikal bacarıqlar (perk) aça və fərdi oyun tərzini formalaşdıra biləcəklər.

Standart versiyanın üz qabığında İngiltərə millisinin ulduzu Cude Bellingham və Almaniya yığmasının istedadlı futbolçusu Jamal Musiala yer alacaq. Ultimate Edition-da isə futbol əfsanəsi Zlatan İbrahimoviç olacaq.

EA Sports FC 26 oyunu 26 sentyabrda PC (Steam, Epic Games Store), Xbox, PlayStation və Nintendo Switch platformaları üçün çıxacaq. Ultimate Edition sahibləri üçün erkən giriş 19 sentyabrda başlayacaq. Ön sifarişlər artıq açıqdır.

İyul 19, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Kiberyay
Kibersport xəbərləri

Kiberyay: avqustda CS2, Dota 2 və LoL üzrə nələri izləmək lazımdır

by Nigar Məmmədova İyul 18, 2025
Yazanın adı Nigar Məmmədova

Bu materialda 1xBet brendinin kiberidman üzrə ekspertləri avqust ayında xüsusi diqqət yetirilməli olan CS2, Dota 2 və LoL turnirlərindən bəhs edəcəklər.

CS2

İyul tətili nəhayət başa çatır və CS2 üzrə ən güclü komandalar yenidən titullar və mükafatlar uğrunda mübarizəyə hazırdır.

IEM Cologne 2025

  • 23 iyul – 3 avqust
  • $1,250,000 
  • 24 komanda 

Mövsümün ikinci yarısının ilk top turniri CS2-nin bütün elitasını Kölnə toplayacaq. Komandalar IEM Cologne 2025 turnirinə iyun ayında tərtib olunan VRS Global reytinqinə əsasən vəsiqə qazanıblar və dəvəti heç bir kollektiv rədd etməyib! Azərkeşləri Vitality, Spirit, Falcons, The MongolZ kimi nəhənglərin qarşıdurması gözləyir. Üstəlik, məhz bu turnirdə yeni heyətlə çıxış edəcək gənc istedadlar: kyousuke, makazze və zweih  debüt edəcəklər.

BLAST Bounty Fall 2025

  • 4–17 avqust
  • $500,000 
  • 32 komanda 

Öncəki turnirdən fərqli olaraq, BLAST Bounty Fall 2025-in iştirakçı heyəti hələlik açıqlanmayıb. Təşkilatçılar iyul ayının VRS Global reytinqinə əsasən 28 dəvət  və əlavə olaraq 4 Wildcard təqdim edəcəklər. 4–10 avqust tarixlərində bütün iştirakçılar 11–17 avqustda keçiriləcək pley-off mərhələsinə vəsiqə qazanmaq üçün 8 yer uğrunda mübarizə aparacaqlar. Bounty sistemi isə güclü rəqiblərə qarşı çağırış etməyə və daha yüksək mükafatlar qazanmağa imkan verir – bu da oyunları daha maraqlı və proqnozlaşdırılmasını çətin edir.

Esports World Cup 2025

  • 20–24 avqust
  • $1,250,000 
  • 16 komanda 

Esports World Cup 2025 kiberolimpiadasına CS2 üzrə bütün aparıcı komandalar, o cümlədən meycor qalibi Vitality də qatılacaq. Turnirdə uğurlu çıxış komandaya yalnız pul mükafatı deyil, həm də EWC Club Points qazandıracaq. Məhz bu xallar əsasında klublar Esports World Cup 2025-in təşkilatçıları tərəfindən əlavə maliyyə dəstəyi alacaqlar.

Dota 2

Dota 2 azərkeşləri üçün avqust ənənəvi olaraq ilin ən sakit ayıdır. PGL Wallachia Season 5 və Esports World Cup 2025 artıq başa çatıb, ilin əsas turniri olan The International 2025 isə yalnız sentyabrda start götürəcək. Lakin əgər siz maraqlı turnirlərin yoxluğuna dözə bilmirsinizsə, onda Clavision Masters 2025: Snow‑Ruyi turnirinə diqqət yetirin.

Clavision Masters 2025: Snow‑Ruyi

  • 28 iyul – 3 avqust
  • $700,000 
  • 10 komanda 

Çinli təşkilatçılar turnirə cəmi üç yerli komanda – Xtreme Gaming, Team Tidebound və Yakult Brothers – dəvət ediblər. Bu isə Clavision Masters-i tammiqyaslı beynəlxalq turnirə çevirir. Yerli iştirakçılarla yanaşı, titul uğrunda mövsümün liderləri PARIVISION və BetBoom Team, eləcə də Tundra Esports, Aurora Gaming və Gaimin Gladiators kimi güclü kollektivlər mübarizə aparacaqlar. Tamaşalı oyunlar təmin olunub – axı biz məhz buna görə kiberidmanı bu qədər sevirik.

LoL

League of Legends üzrə turnir təqvimi Dota 2 ilə oxşardır – 2025 Mid‑Season Invitational iyulda başa çatıb, 2025 World Championship isə yalnız payızda başlayacaq. Lakin nəzərə almaq lazımdır ki, məhz indi dünyanın hər yerindən komandalar LoL-un ilin əsas turniri – Worlds 2025-ə vəsiqə uğrunda ciddi mübarizə aparırlar. Odur ki, aşağıda sadalanan liqalardan istənilən birinin splitini seçin və matçların izlənməsindən zövq alacağınıza əmin olun:

  • LPL 2025 Split 3
  • LTA South/North 2025 Split 3
  • LCP 2025 Season Finals
  • LTA 2025 Regional Finals
  • LEC 2025 Summer
  • LCK 2025 Season

CS2, Dota 2 və LoL üzrə ən maraqlı matçları qaçırmamaq üçün mütləq şəkildə 1xBet mobile yükle və Kiberidman bölməsinə keçid edin. Orada sizi matçların canlı yayımları, qarşılaşmaların nəticələri, gələcək oyunların təqvimi və daha bir çox məlumat gözləyir!

İyul 18, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
BLAST Bounty Fall 2025
CS2

32 komanda BLAST Bounty Fall 2025-də iştirak uğrunda mübarizə aparacaq

by Nigar Məmmədova İyul 18, 2025
Yazanın adı Nigar Məmmədova

Turnir operatoru BLAST, CS2 üzrə keçiriləcək BLAST Bounty Fall 2025 turnirinin qapalı seçmə mərhələsində iştirak edəcək komandaların tam siyahısını açıqlayıb. Seçim, iyulun əvvəlində tərtib olunmuş VRS reytinqinə əsasən aparılıb.

İştirakını təsdiqləyənlər arasında Team Vitality, MOUZ, Team Spirit və The Mongolz kimi kibersport səhnəsinin tanınmış liderləri də var. Bununla belə, Valve-ın dünya reytinqində ilk 32-likdə olan bəzi komandalar – Team Falcons, Team 3DMAX və GamerLegion – turnirdə iştirakdan imtina ediblər.

Seçmə mərhələ 5–11 avqust tarixlərində onlayn formatda keçiriləcək. Onun nəticəsində 8 komanda əsas mərhələyə vəsiqə qazanacaq. Final mərhələsi 14–17 avqustda Maltada baş tutacaq. Turnirin mükafat fondu 500 min dollar təşkil edir.

Seçmə mərhələdə iştirak edəcək komandalar:

  • Team Vitality
  • MOUZ
  • Team Spirit
  • The Mongolz
  • Aurora Gaming
  • FaZe Clan
  • Natus Vincere
  • FURIA Esports
  • G2 Esports
  • Heroic
  • Virtus.pro
  • Astralis
  • paiN Gaming
  • Team Liquid
  • B8 Esports
  • TYLOO
  • Legacy
  • MIBR
  • Ninjas in Pyjamas
  • Fnatic
  • Complexity Gaming
  • ECSTATIC
  • ex-NAVI Junior
  • Nemiga Gaming
  • TEAM NEXT LEVEL
  • FlyQuest
  • Rare Atom
  • ENCE
  • BIG
  • Passion UA
  • BetBoom Team
  • NRG Esports
İyul 18, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Call of Duty NEXT
Oyun Xəbərləri

Şayiələrə görə, sentyabrda Call of Duty NEXT təqdimatı və Black Ops 7 betası başlayacaq

by Nigar Məmmədova İyul 18, 2025
Yazanın adı Nigar Məmmədova

Şayiələrə əsasən, Activision sentyabr ayında genişmiqyaslı Call of Duty NEXT tədbirini keçirməyi planlaşdırır. Tədbirin əsas mövzusu isə yaxınlaşan Black Ops 7 oyunu olacaq.

Halbuki oyunun tam təqdimatı avqustda gamescom 2025 çərçivəsində təsdiqlənib, görünür ki, pərəstişkarları daha bir böyük tədbir gözləyir. Məşhur insayder TheGhostOfHopeun sözlərinə görə, Call of Duty NEXT Las Veqasda baş tutacaq və burada Black Ops 7 geniş şəkildə təqdim olunacaq. Təqdimatdan dərhal sonra oyunun ilk beta testinə start veriləcəyi bildirilir. Yeni hissənin oktyabrda çıxacağı gözlənilir.

Black Ops 7-nin əsas qəhrəmanı — seriyanın pərəstişkarlarına tanış olan David Mason olacaq. Kampaniya əsasən kooperativ keçidə yönəldiləcək, çoxoyunçulu rejim üçün yeni xəritələr və yenilənmiş Zombies rejimi də əlavə olunacaq.

Oyunun inkişafı üzərində Treyarch və Raven Software studiyaları çalışır.

İyul 18, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Gen.G FC Online
Kibersport xəbərləri

Gen.G və “Mançester Siti” FC Online üzrə ortaq heyət yaratdı

by Nigar Məmmədova İyul 18, 2025
Yazanın adı Nigar Məmmədova

Cənubi Koreyanın kibersport təşkilatı Gen.G və İngiltərənin məşhur futbol klubu “Mançester Siti” birlikdə FC Online intizamı üzrə ortaq layihəyə start verdilər. Onlar GEN CITY adı altında çıxış edəcək yeni bir heyət təqdim etdilər.

Gen.G komandası artıq bu futbol simulyatorunda mövcud idi və həmin heyət dəyişmədən qalacaq. Yeni “GEN CITY” etiketi ilə komanda FCP Champions Cup 2025 turnirində debüt edəcək. Bu turnir avqust ayında keçiriləcək.

Bu Gen.G ilə “Mançester Siti” arasında ilk əməkdaşlıq deyil — daha əvvəl də müxtəlif intizamlar üzrə birgə tədbirlər və həvəskar turnirlər təşkil etmişdilər.

FC Online — EA Sports FC-nin Asiya bazarı üçün hazırlanmış pulsuz analoqudur. Gen.G bu intizam üzrə franşizalı liqanın iştirakçısıdır.

İyul 18, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
BLAST Bounty Spring 2025
CS2

BLAST Bounty seriyalı turnirin formatında dəyişikliklər etdi

by Nigar Məmmədova İyul 18, 2025
Yazanın adı Nigar Məmmədova

Turnir operatoru BLAST, Bounty seriyasına aid turnirlərin formatında dəyişikliklər etdiyini açıqlayıb. Bu barədə məlumat rəsmi vebsaytda dərc olunub.

Yeni qaydalara əsasən, turnir başladıqdan sonra komandaların toxum (posiv) sıralaması dəyişməyəcək. Əvvəllər isə aşağı toxumlu komanda yüksək toxumlu rəqibini məğlub edərdisə, onun yerini tuta bilirdi.

Yenilənmiş qaydalara görə:

  • Komanda rəqibə çağırış etdikdə, qoyduğu məbləğ dərhal öz bankına əlavə olunur, artıq Bounty fonduna daxil edilmir.
  • Mərc məbləğləri eyni olmaq məcburiyyətində deyil — aşağı toxumlu komanda məbləği ilk olaraq təklif edəcək.
  • Qazanılmış məbləğlər birbaşa komandanın bankına yazılacaq və Bounty məbləğini artırmayacaq.
  • Hər qələbə üçün, komandanın Bounty fondundan $2500 bankına köçürüləcək.
  • Əgər komandanın ümumi Bounty məbləği $2500-dən azdırsa, bu halda o, qələbə ilə həmin tam məbləği əldə edəcək.

Bu dəyişikliklər 5–10 avqust tarixlərində onlayn, 14–17 avqust tarixlərində isə Maltada LAN formatında keçiriləcək BLAST Bounty Season 2 turnirindən etibarən qüvvəyə minəcək.

İyul 18, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • Oyun tərtibatçıları köhnə məzmunun yenidən işlənməsinə həddindən artıq vaxt sərf edirlər
  • ESL Pro League Season 23-ün böyük finalı 750 mindən çox izləyici topladı
  • Take-Two rəhbəri: “Süni intellekt GTA miqyasında oyun yarada bilməz”
  • Tekken 8-ə irimiqyaslı mart yenilənməsi: 3-cü mövsümün startı və gözlənilməz reaksiyalar
  • Şayiə: ash “FaZe Clan”ın CS2 heyətinə qoşula bilər

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • Oyun tərtibatçıları köhnə məzmunun yenidən işlənməsinə həddindən artıq vaxt sərf edirlər
  • ESL Pro League Season 23-ün böyük finalı 750 mindən çox izləyici topladı
  • Take-Two rəhbəri: “Süni intellekt GTA miqyasında oyun yarada bilməz”
  • Tekken 8-ə irimiqyaslı mart yenilənməsi: 3-cü mövsümün startı və gözlənilməz reaksiyalar
  • Şayiə: ash “FaZe Clan”ın CS2 heyətinə qoşula bilər

Kateqoriyalar

  • Facebook

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri