11 noyabr tarixində Dota 2-nin DreamLeague Division 2 Season 2 turniri başa çatdı. Turnirin qalibi çinli Team Tidebound komandası oldu və bununla da o, DreamLeague Season 27-nin sonuncu iştirakçısı kimi müəyyənləşdi.
Ümumilikdə çempionatda 24 komanda iştirak edəcək. Bütün iştirakçılar aşağıdakı şəkillərdə təqdim olunub.


DreamLeague Season 27 10–21 dekabr tarixlərində onlayn formatda keçiriləcək. Turnirin ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.