Call of Duty: Black Ops 7 test mərhələsində 97%-dən çox çiter bloklanıb

by Nigar Məmmədova
0 comments

Activision şirkəti Call of Duty: Black Ops 7 oyununun beta-test mərhələsinin nəticələrini açıqlayıb. Hesabat sosial şəbəkələrdə dərc olunub.

Açıq test 5 oktyabr tarixində başladı və həm PC, həm də konsol istifadəçiləri oyuna qoşuldu. Anti-cheat komandası RICOCHET məlumatına görə, təhlükəsizlik alətləri və aparat səviyyəsində yoxlamalar nəticəsində çiterlərin əksəriyyətinin oyuna daxil olması qarşısı alınıb.

Yenilənmiş TPM 2.0 təsdiqləmə sistemi, avtomatlaşdırılmış reaksiya alətləri və digər texnologiyalar zərərli proqram təminatından istifadə cəhdlərini 97% hallarda bloklaya bilib. Çiterlər aşkarlandıqdan sonra 30 dəqiqədən az bir müddətdə banlanıblar. Onların cəmi 1%-dən azı matçlara daxil ola bilib. Komanda sosial şəbəkələrdə yayılan videolara da dərhal reaksiya verib – həmin istifadəçilərin çoxu artıq bloklanma prosesində olub.

Activision əlavə edib ki, bir neçə məşhur cheat-istehsalçısı artıq öz proqramlarını Call of Duty: Black Ops 7 üçün yararsız elan edib. Şirkət yalnız oyun daxilində deyil, həm də hüquqi səviyyədə bu alətlərin yayılmasına qarşı mübarizə aparır. Call of Duty: Black Ops 6 çıxdıqdan bəri 40-dan çox belə şirkət bağlanıb.

Bununla yanaşı, Activision etiraf edib ki, TPM 2.0 və Secure Boot texnologiyaları bəzi oyunçular üçün çətinliklər yaradır. Oyuna qoşulmaqda problem yaşayanlara sistemlərini əvvəlcədən hazırlamaq və rəsmi təlimatlara əməl etmək tövsiyə olunur.

Yeni nəsil şuter 14 noyabr tarixində PC, PlayStation və Xbox platformalarında çıxacaq. Oyun yalnız Xbox Game Pass Ultimate abunəçiləri üçün əlçatan olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın