7
Məşhur atıcı oyun seriyasının növbəti hissəsi olan Call of Duty: Black Ops 7 ilə bağlı yeni məlumatlar sosial şəbəkələrdə yayılıb. GameStop mağazalarında yerləşdirilmiş reklam plakatlarına əsasən, oyunun ön sifarişləri 20 iyun tarixində başlayacaq.
Ön sifarişlə bağlı ilkin detallara nələr daxildir?
- Rəsmi təsdiq olmasa da, plakatların real fotoları sosial mediada yayılıb və bir sıra insayderlər məlumatı təsdiqləyiblər.
- Hazırda öncədən sifariş bonusları açıqlanmayıb – yəni əlavə kontent və ya eksklüziv materiallar barədə hələ məlumat yoxdur.
- Sifarişin fiziki disklərəmi, yoxsa rəqəmsal versiyalara aid olması da qeyri-müəyyəndir.
Oyun və süjet haqqında nə bilirik?
- Oyun 2035-ci ildə, Black Ops 2 hadisələrindən sonra baş verəcək.
- Dünya xaosa sürüklənməkdədir – David Mason rəhbərliyindəki Black Ops qrupu cəmiyyətə qorxu vasitəsilə nəzarət etməyə çalışan yeni təhlükəli düşmənə qarşı çıxmalıdır.
- Bu dəfə süjet xətti əsas diqqət mərkəzindədir, üstəlik tam kooperativ rejimdə keçmək imkanı olacaq.
Qiymət nə qədər olacaq?
Microsoft-un oyunlar üçün qiymətləri artırmasından sonra Call of Duty: Black Ops 7-nin də 80 ABŞ dolları (təxminən 6600 rubl) civarında qiymətləndiriləcəyi gözlənilir. Qəti məlumatlar sifarişlər açıldıqdan sonra məlum olacaq.