Capcom, Street Fighter 6 oyunu üzrə Capcom Pro Tour 2025 turnir seriyasının ümumi mükafat fondunu elan edib. Bununla yanaşı, Capcom Cup 12-yə vəsiqə qazandıran World Warrior regional onlayn turnirlərinin də detalları açıqlanıb.
Capcom Pro Tour 2025-in ümumi mükafat fondu
Bu il turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edəcək.
CPT Premier turnirləri – Combo Breaker 2025, Blink Respawn 2025, CEO 2025 və UFA 2025 yarışlarının hər birində 5 200 dollarlıq mükafat fondu olacaq. Digər böyük oflayn turnirlər – EVO 2025 Las Vegas, EVO 2025 France, EVO Japan 2025 və CAPCOM Pro Tour 2025 Premier Asia üzrə mükafat məbləğini isə turnir təşkilatçıları müəyyən edəcəklər.
World Warrior turnirləri və Capcom Cup 12-yə keçid sistemi
World Warrior çərçivəsində oyunçular 5 fərqli turnirdə iştirak edərək reytinq xalları qazanacaq və regional finala vəsiqə əldə etməyə çalışacaqlar.
Bu regional yarışlar iki əsas kateqoriyaya bölünəcək:
- SuperRegion: Buradan ilk iki oyunçu Capcom Cup 12-yə vəsiqə qazanacaq.
- Region: Buradan yalnız bir qalib Capcom Cup 12-yə vəsiqə əldə edəcək.
SuperRegion kateqoriyasına daxil olan bölgələr:
- Böyük Britaniya və İrlandiya (UK/IRELAND)
- Yaponiya (JAPAN)
- Asiya (ASIA)
- Şərqi Asiya (ASIA EAST)
Capcom Cup 12 nə vaxt baş tutacaq?
Capcom Cup 12 2026-cı ilin mart ayında Tokioda keçiriləcək.