CD Projekt RED paylaşdı: “The Witcher 3” oyunçuları ən çox Detlaff qarşısında uduzub

by Nigar Məmmədova
0 comments

Polşanın məşhur oyun studiyası CD Projekt RED “The Witcher 3: Wild Hunt” oyununun statistikası və maraqlı faktlarını bölüşüb. Oyun bu ay 8 yaşını qeyd edir – layihənin rəsmi çıxış tarixi 19 may 2015-ci ildir.

17 milyon tamamlanma və 613 milyon ölüm

Şirkətin paylaşdığı məlumata görə, oyunçular “The Witcher 3″ü ümumilikdə 17 milyon dəfə sona qədər oynayıb. Bu müddət ərzində 613 milyon dəfə Geralt və ya digər qəhrəmanlar həyatını itirib.

Ən çox çətinlik yaradan düşmən isə əlavə paket “Blood and Wine”da yer alan vampir Detlaff van der Eretein olub. İstatistikaya əsasən, bu düşməni bir oyun sessiyasında orta hesabla 9 cəhdlə məğlub etmək mümkün olub.

Oyun haqqında qısa məlumat

“The Witcher 3: Wild Hunt” — Geraltın Nilfgaard İmperiyasının hücumu fonunda əvvəllər övlad kimi böyütdüyü Ciriyə axtarışı, və sirli Wild Hunt ilə qarşılaşması əsasında qurulub. Oyun təkcə əsas hekayəsi deyil, həm də geniş açıq dünyası, minlərlə dialoqu, yan tapşırıqları və emosional qərarları ilə oyunsevərlərin rəğbətini qazanıb.

Layihə hazırda PC, PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S və Nintendo Switch platformalarında mövcuddur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın