CD Projekt RED “The Witcher 4” üçün yeni treyler təqdim etdi

by Nigar Məmmədova
0 comments

State of Unreal 2025 tədbiri çərçivəsində Polşanın məşhur oyun studiyası CD Projekt RED “The Witcher 4” adlı oyununun ikinci rəsmi treylerini təqdim edib. Yeni video həm vizual baxımdan, həm də texniki baxımdan oyunsevərlərdə böyük maraq doğurub.

Treylerdə təqdim olunan kadrlar PlayStation 5 konsolunda çəkilib və ray tracing texnologiyası ilə 60 FPS dəstəyi təmin edilib. Bu da oyunun həm detallı vizual effektlərini, həm də axıcı oynanma təcrübəsini nümayiş etdirir.

Oyunun hadisələri Kovirdə baş verəcək

CDPR nümayəndələrinin açıqlamasına görə, oyun Şimal krallıqlarından biri olan Kovir ərazisində baş verəcək. Bu bölgə Praxenna körfəzi ilə Əjdaha dağları arasında yerləşir və yeni sərgüzəştlər üçün zəngin imkanlar yaradır.

Oyun dünyasının sevilən qəhrəmanı Ciri bu dəfə Kelpi adlı atla səyahət edəcək. Realist at sürmə mexanikası üçün isə Unreal Engine 5 texnologiyasından istifadə olunub.

Canlı ekosistem və inkişaf etmiş NPC sistemi

Yaradıcılar yeni oyunda canlı və dinamik təbiət mühiti yaratmağa çalışdıqlarını bildiriblər. Bu məqsədlə Nanite Foliage texnologiyası tətbiq olunub, hansı ki, bitki örtüyünü daha real göstərməyə imkan verir.

NPC-lərlə bağlı da ciddi dəyişikliklər var. Göstərilən kəndlərdən birində eyni anda 300-dən çox NPC mövcuddur. Hər bir personajın öz davranış qaydası, animasiyası və günlük rutini var. Bu da oyunun dünyasını daha real və interaktiv edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın