CD Projekt RED “Witcher 4”-ü Anons Etdi

by Nigar Məmmədova
0 comments

CD Projekt RED studiyası 13 dekabr gecəsi Los-Ancelesdə keçirilən The Game Awards mükafatlandırma mərasimində məşhur “Witcher” seriyasının növbəti oyunu olan “Witcher 4”-ün ilk treylerini təqdim etdi.

Oyun, sadə “Witcher 4” adı ilə təqdim olunub və yeni trilogiyanın başlanğıcı olacaq. Unreal Engine 5-də hazırlanmış treyler NVIDIA-nın 50 seriyalı videokartı ilə qeydə alınıb və yetkinləşmiş Ciri obrazının kənd yaxınlığında bir monsterlə bağlı müqaviləni yerinə yetirməsini göstərir.

CD Projekt RED artıq bir neçə ildir bu oyun üzərində işləyir və 2024-cü ilin ikinci yarısından tam istehsalat mərhələsinə keçib. Layihəyə təxminən 400 nəfər əməkdaş cəlb olunub.

“Witcher” seriyasının yenilənmiş veb-saytında bildirilir ki, dördüncü hissə CD Projekt RED studiyasının indiyədək hazırladığı ən immersiv və ən ambisiyalı fentezi oyunu olacaq.

Mərasimdə qarşıdan gələn oyunların digər treylerləri də təqdim olunub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın