10
Champions of Champions Tour (CCT) turnir operatoru Counter-Strike 2 üzrə 3-cü mövsümün başlanmasını rəsmən elan edib. Yeni mövsüm 30 aprel 2025-ci il tarixində start götürəcək və aprel 2026-cı ilədək davam edəcək.
CCT Season 3-ün quruluşu və mükafat fondu
Yeni mövsüm çərçivəsində müxtəlif regionlarda aşağıdakı turnirlər keçiriləcək:
- Avropa: 20 turnir, hər birində $50 000 mükafat
- Cənubi Amerika: 10 turnir, hər birində $20 000 mükafat
- Şimali Amerika: 4 turnir, hər biri üzrə $10 000 mükafat
- Okeaniya: 4 turnir, hər birində 10 000 Avstraliya dolları mükafat
- Əlavə olaraq: 2 Avropa Tier-3 turniri
Bütün bu turnirlərdə komandalara Valve Regional Standings (VRS) üçün xal veriləcək.
CCT rəhbərliyindən açıqlama
CCT-nin turnir idarəetmə rəhbəri Fabiən Loqemann bildirib:
“CCT-nin yaradılmasında əsas məqsədimiz – qlobal səviyyəyə çıxmaq istəyən komandalar üçün struktur, imkan və görünürlük təmin etməkdir. Hər mövsüm bu missiyamıza daha yaxınlaşırıq. Biz yeni ulduzların doğuşunu, azarkeşlərin autsayderlər ətrafında birləşməsini və yüzlərlə rəqabətli oyunun səhnəyə çıxmasını gördük.”