Çin klubu TYLOO Spirit oyunçusunun transferi barədə zarafat etdi

by Nigar Məmmədova
0 comments

Çinin kiberidman təşkilatı TYLOO sosial şəbəkə X-də zarafat xarakterli paylaşım edib — guya komanda Team Spirit CS2 heyətindən Danil “donk” Kryşkovetsi transfer edib.

Hazırda yumoristik açıqlamada bildirilib ki, bu, 5 milyon dollarlıq rekord transferdir:

“Biz böyük sevinc ilə donkun TYLOO ailəsinə qoşulduğunu elan edirik! Asiya Counter-Strike səhnəsinin gələcəyi heç vaxt bu qədər parlaq görünməyib.”

CS2 icması bu anonsu dərhal zarafat kimi qəbul edib. Team Spirit nümayəndəsi isə paylaşımı internetdə bilərəkdən yalan məlumat yayılması barədə mem ilə cavablayıb.

Bu zarafat fonunda mediada Team Spirit heyətində real dəyişiklik ehtimalları müzakirə olunur — iddialara görə, Esports World Cup 2025-dən sonra komanda zont1x-i Andrey “tN1R” Tatarinoviçlə əvəz edə bilər.

Bunlar da xoşunuza gələ bilər