Çində 2025-ci ildə kibersport bazarı 6,4% böyüyüb

by Nigar Məmmədova
0 comments

Pekində keçirilən illik Çin kibersport sənayesi konfransında Çin Audio-Video Assosiasiyasının baş katibinin müavini Tan Ciajun ölkədə kibersport sənayesinin inkişafı ilə bağlı hesabat təqdim edib.

Hesabata əsasən, 2025-ci ildə Çinin kibersport bazarının ümumi gəliri 29,331 milyard yuan (~4,02 milyard ABŞ dolları) təşkil edib ki, bu da ötən illə müqayisədə 6,4% çoxdur. Qeyd olunub ki, sənaye üç əsas istiqamət üzrə inkişafını davam etdirir: kütləvi tətbiq, sahələrarası inteqrasiya və beynəlxalq ekspansiya.

Birbaşa yayımlar Çinin kibersport iqtisadiyyatında gəlirin əsas hərəkətverici qüvvəsi olaraq qalır və sahənin ümumi gəlirinin 80,81%-ni təşkil edir. Qalan hissə turnir operatorları, klublar və digər biznes seqmentlərinin payına düşür.

Bazarda ən çox mobil kibersport oyunları üstünlük təşkil edir – 58,6%, PC isə 25,3% paya malikdir. Janr baxımından kibersport gəlirlərinin ən böyük hissəsi şuter oyunlarından gəlir – 28,3%, MOBA və idman oyunlarının payı isə hər birində 14,1% təşkil edir.

Çində kibersport auditoriyası 2025-ci ildə artıq 495 milyon istifadəçini keçib ki, bu da əvvəlki illə müqayisədə 1,06% artım deməkdir.

2025-ci ilin sonuna Çində 165 aktiv kibersport klubu fəaliyyət göstərib. Klubların yarıdan çoxu (54,3%) yalnız bir intizamda çıxış edib, 22,8%-i isə iki oyunda mübarizə aparıb.

Tanın sözlərinə görə, sənaye yüksək keyfiyyətli kontentin təchizatını gücləndirmək və qlobal əməkdaşlığı genişləndirməyə fokuslanacaq ki, Çinin kibersport ekosistemini “daha yüksək səviyyəli struktura” çatdırsın. Hesabatda, həmçinin Çinin Cənub-Şərqi Asiya, Yaxın Şərq və Latın Amerikası da daxil olmaqla xarici kibersport bazarlarına ekspansiyanı davam etdirdiyi vurğulanır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın