3
Ubisoft rəsmən elan edib ki, Çin Rainbow Six Siege kiberidman ekosisteminə rəsmi region kimi qoşulur. Six Invitational 2026 turnirinin yayımı zamanı elan edilən yeni regional liqa CNL adını alıb.
Yeni liqanın detalları və imkanları:
- Liqada 10 komanda mübarizə aparacaq.
- CNL iştirakçıları Major turnirlərinə və Six Invitational 2027-yə vəsiqə qazanmaq üçün birbaşa slotlar əldə edəcəklər.
- Yeni liqa R6 Share proqramına daxil ediləcək. Bu, komandalara öz brendləri altında satılan oyun daxili kosmetik əşyaların gəlirindən pay almaq imkanı verəcək.
- Liqanın loqosu Çin mədəniyyətinin simvolları olan qırmızı əjdaha (Lun) və simurq quşu (Fenxuan) şəklində dizayn edilib.