“Clair Obscur: Expedition 33” komandası oyunu demək olar ki, kod yazmadan ərsəyə gətirib

by Nigar Məmmədova
0 comments

GDC (Game Developers Conference) konfransında “Sandfall Interactive” studiyası maraqlı bir faktı bölüşüb: “Clair Obscur: Expedition 33” oyununun yaradılması zamanı C++ dilində proqram kodu yazmaqdan demək olar ki, imtina edilib. Bunun əvəzinə, komanda bütün oyun mexanikalarını reallaşdırmaq üçün “Unreal Engine 5” mühərrikinin “Blueprints” adlı vizual skript sistemindən yararlanıb.

Təqdimat zamanı nümayiş etdirilən slaydlarda aydın görünür ki, ənənəvi proqramlaşdırma metodları deyil, məhz “Blueprints” sistemi oyunun bütün geympley (gameplay) elementlərinin əsasını təşkil edir. Komanda izah edib ki, mühərrikin daxili funksiyalarından maksimum dərəcədə istifadə etmək onlara dərin proqramlaşdırma biliklərinə ehtiyac duymadan oyunun əsas hissələrini qurmağa imkan verib.

Tərtibatçılar həmçinin qeyd ediblər ki, layihə üzərində cəmi bir neçə proqramçı çalışıb və onlar C++ dilində çox az kod yazıblar. Hətta mürəkkəb döyüş mexanikaları belə “Unreal Engine”in daxili alətləri, o cümlədən “Sequencer” vasitəsilə hazırlanıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın