Clavision DOTA2 Masters turniri üçün Çinədə püşkatma keçirildi – 700 min dollarlıq mükafat fondu ilə

by Nigar Məmmədova
0 comments

Çinin Çjanzyakou şəhərində Clavision DOTA2 Masters 2025: Snow-Ruyi turnirinin qrup mərhələsi üçün rəsmi püşkatma mərasimi baş tutdu. PARIVISION komandası A qrupuna düşərək BOOM, Nigma, Tundra və Xtreme ilə qarşılaşacaq. BetBoom Team və Team Yandex isə B qrupunda Gladiators, Tidebound və Yakult’s Bro komandaları ilə mübarizə aparacaq.

Turnirin formatına əsasən, bütün komandalar mübarizəni davam etdirəcək: qrupda 4-cü və 5-ci yerləri tutanlar pley-offa aşağı setkadan, qrup liderləri isə birbaşa yuxarı setkanın yarımfinalına keçəcəklər.

LAN-turnir 28 iyul – 3 avqust tarixlərində keçiriləcək. Ümumilikdə 10 komanda 700 min ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışacaq.

Qruplar:

A qrupu:
BOOM
Nigma
PARIVISION
Tundra
Xtreme

B qrupu:
BetBoom Team
Gladiators
Tidebound
Yakult’s Bro
Team Yandex

Bunlar da xoşunuza gələ bilər