Mobil platforma oyunu CookieRun OvenBreak bu ayın sonunda tarixində ilk dəfə olaraq dünya səviyyəli kibersport çempionatına ev sahibliyi edəcək.
Oyunun yaradıcı studiyası Devsisters, yeni açılan rəsmi esports saytında 2025 Dünya Çempionatına dair bütün detalları təqdim edib.
Yarış formatı və xəritələr
Turnir 20 sentyabr tarixində regional təsnifat mərhələləri ilə başlayacaq. Qeyd edək ki, bu mobil oyun daha əvvəl də esports tədbirlərinə ev sahibliyi edib – 2024 CookieRun Turniri və 2025 CookieRun Global Invitational bunlara misaldır.
İştirakçılar iki mövsümdən – Candlelight və Lime – ibarət Grand Champions League-də ilk səkkizliyə daxil olaraq çempionata vəsiqə qazanıblar.
Turnirin mərhələləri belə təşkil olunacaq:
- İştirakçılar 1/4 final mərhələsindən start götürəcək və dörd bölgəyə bölünəcək: Glacier, Ocean, Plains, Desert.
- Hər qrupda 8 oyunçu dairəvi sistemdə mübarizə aparacaq.
- Hər qrupdan ən yaxşı iki oyunçu yarımfinala yüksələcək.
- Regional qaliblər isə Seulda keçiriləcək oflayn Dünya Çempionatında qarşılaşacaqlar.
2025 Dünya Çempionatı çərçivəsində istifadə olunacaq 8 xəritə:
- Beneath the Lilies
- Terrifying Bear Jelly Forest
- One Future of TBD
- Boiling Stock Village
- Moonlit Bamboo Grove
- Temple of the Sun Central Arena
- Torch-lit Trial
- Sprinkled Ice Cream Land
Təqvim və mükafat fondu
Turnir, oyun üçün 2025 esports planında ən böyük tədbir kimi qiymətləndirilir. Bütün mərhələlər təxminən beş həftə ərzində baş tutacaq və 26 oktyabr tarixində final oyunları ilə yekunlaşacaq.
Təqvim belədir:
- 20 sentyabr 2025 – Desert (1/4 final, yarımfinal və final)
- 21 sentyabr 2025 – Plains (1/4 final, yarımfinal və final)
- 27 sentyabr 2025 – Ocean (1/4 final, yarımfinal və final)
- 28 sentyabr 2025 – Glacier (1/4 final, yarımfinal və final)
- 25 oktyabr 2025 – Dünya Çempionatı (1/4 final)
- 26 oktyabr 2025 – Dünya Çempionatı (yarımfinal və final)
Mükafat fondu – $17,000 (~£12,650):
- 1-ci yer – $10,000 (~£7,440)
- 2-ci yer – $5,000 (~£3,720)
- 3-cü yer – $2,000 (~£1,488)
Azarkeşlər üçün tədbirlər
Çempionatı izləyən azarkeşlər də bir sıra aktivliklərdə iştirak edə biləcəklər:
- Regional təsnifat missiyaları – oyunçuları dəstəkləmək üçün xüsusi xal toplamaq imkanı.
- Final mərhələsi üçün proqnoz tədbiri – qalib proqnoz verənlər oyun içi mağazada istifadə edilə biləcək xallar qazanacaq.
- Canlı yayımlara qoşulan tamaşaçılar isə xüsusi tokenlər əldə edəcəklər.
LAN mərhələsinin biletləri barədə məlumat 25 sentyabr 2025 tarixində rəsmi esports saytında açıqlanacaq.