2025-ci ildə Counter-Strike 2, “League of Legends”ı (LoL) geridə qoyaraq Twitch platformasında ən çox izlənilən kibersport oyunu seçilib. “Esports Charts” analitik şirkətinin hesabatına görə, CS2 il ərzində 372,65 milyon saat izlənmə topladığı halda, LoL 307,17 milyon saat göstərici ilə kifayətlənib.
“Esports Charts” ekspertləri Valve-nin şuterinin birinciliyə yüksəlməsini turnir qrafikinin sıxlığı ilə əlaqələndirirlər. Analitiklər həmçinin qeyd edirlər ki, strukturlu yarış təqvimi və güclü birgə yayım (co-streaming) mədəniyyətinə malik olan köklü fənlər yeni layihələri üstələməyə davam edir. Bu nəticələr Twitch-in Şimali və Cənubi Amerika, Avropa və Asiyada klassik kibersport üçün əsas platforma rolunu bir daha təsdiqləyir.
