CS2-də 2024-cü ilin dekabrında oyunçu sayı rekord həddə çatıb

by Elnur Qəhrəmanov
0 comments

2024-cü ilin dekabr ayı Counter-Strike 2 oyunu üçün oyunçu sayında yeni zirvə həddi ilə yadda qalıb. Ayın sonunda oyunda eyni vaxtda 1 740 261 oyunçu iştirak edib ki, bu da son bir yarım ilin ən yüksək göstəricisidir.

Oyunçu statistikası:

  • Dekabr ayında oyunçuların orta sayı təxminən 900 min nəfər olub.
  • Bu göstərici 2023-cü ilin may ayına yaxınlaşıb, həmin vaxt oyunda eyni anda 1,8 milyon oyunçu iştirak etmişdi.

Esports Charts məlumatları:

Analitik portalın məlumatına görə, Valve şirkətinin taktiki atıcı oyunu CS2, turnirlərdən qazandırdığı mükafat fonduna görə ikinci yerə yüksəlib. Ümumilikdə komandalar turnirlərdən 22,67 milyon dollar qazanıb.

Dekabr yenilikləri:

22 dekabrda oyuna yeni il mövzulu xəritə əlavə olunub. Yenilənmiş Dust 2 xəritəsi Steam platformasında yayımlanıb və xəritədə qar effektləri ilə yeni dizayn təqdim edilib.

CS2 oyunçular arasında populyarlığını artırmaqda davam edir və yeni yeniliklərlə istifadəçiləri sevindirir.

Bunlar da xoşunuza gələ bilər