CS2-də MP9 Dark Age skininin qiyməti 20 dəfə artdı

by Nigar Məmmədova
0 comments

Counter-Strike 2-nin ticarət bazarında bir sıra MP9 skinlərinin qiymətində kəskin artım qeydə alınıb. Cəmi qısa müddət ərzində bəzi əşyaların dəyəri bir neçə dəfə yüksəlib.

Qiymət artımına görə məsuliyyəti daha əvvəl “Nocts” əlcəkləri ilə bağlı spekulyasiyalarda adı hallanan çinli investor öz üzərinə götürüb. İcmanın məlumatına görə, artım məqsədyönlü kütləvi satınalmalar tərəfindən stimullaşdırılıb ki, bu da bazarda təklifi süni şəkildə azaldıb.

Hansı MP9 skinləri bahalaşıb?

Mövcud məlumatlara görə, qiyməti ən çox artan skinlər aşağıdakılardır:

  • MP9 | Colored Glass — qiymət təxminən 255 dollardan 1400 dollara qalxıb.
  • MP9 | Dark Age (Qaranlıq dövr) — 55 dollardan 1090 dollara qədər bahalaşıb.
  • MP9 | Setting Sun (Qürub) — 52 dollardan 620 dollara yüksəlib.
  • MP9 | Hydra — qiymət 64 dollardan 585 dollara qədər artıb.

İcmanın reaksiyası

Oyunçuların və treyderlərin fikirləri bölünüb: bir qism artımın müvəqqəti olduğunu və tezliklə korreksiya (qiymət düşümü) gözlənildiyini düşünür, digərləri isə baş verənlərdə CS2 bazarındakı keçmiş spekulyativ ssenarilərin təkrarını görürlər.

Belə qiymət sıçrayışları əvvəllər də baş verib və adətən ajiotaj azaldıqdan sonra kəskin ucuzlaşma ilə müşayiət olunub. Ekspertlər skinləri qiymətin pik həddində almağa ehtiyatla yanaşmağı tövsiyə edirlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın