Riçard Lüis 2025-ci ilin nəticələrinə əsasən “Most Irritating Fanboys” (Ən Bezdirici Fanatlar) titulunu yenidən CS2 icmasına verib. Beləliklə, Counter-Strike 2 azarkeşləri 2010-cu illərin əvvəlindəki “Fransızlar” dövründən bəri bu mənfi mükafatı ardıcıl iki il qazanan ilk qrup olublar.
Riçard Lüisin tənqidləri üçün əsas səbəblər:
- Sonsuz narazılıq: Müəllifin fikrincə, CS2 ətrafındakı müzakirələr artıq yalnız şikayətlər, isterikalar və qarşılıqlı nifrətdən ibarətdir. Oyunçular hər gün yeni məzmun tələb edir, əks halda oyunun “öldüyünü” iddia edirlər.
- Texniki bəhanələr: Lüis qeyd edir ki, bir çox şikayətlər — xüsusilə subtick, pinq və FPS ilə bağlı olanlar — oyunun real problemlərindən deyil, zəif kompüterlərdən, pis internetdən və ya oyun mexanikalarını anlamamaqdan qaynaqlanır. Subtick termini isə uğursuz olan hər şey üçün “günah keçisi”nə çevrilib.
- Paranoya və Anti-çit: Valve anti-çit sistemini yeniləyəndə onun işləmədiyini, ban dalğası olanda isə cəzaların “saxta” olduğunu iddia edənlər tənqid olunub. Müəllifə görə, bu məntiqlə Valve-ın nə etməsindən asılı olmayaraq, icmanı məmnun etmək mümkün deyil.
- Toksik münasibət: Valve-ın hər hansı elanı və ya yeniləmə ilə birbaşa əlaqəsi olmayan paylaşımları belə tərtibatçıların oyunu tərk etdiyinə dair “sübut” kimi qəbul edilir.
Lüisin yekun rəyi olduqca sərtdir: Valve nə edirsə etsin, 2026-cı ildə də Counter-Strike oyunçularını bitməyən bir narazılıq ili gözləyir.