CS2 üzrə Asian Champions League 2026 turniri elan edildi

by Nigar Məmmədova
0 comments

Turnir operatoru Hero Esports CS2 üzrə Asian Champions League 2026 turnirini elan edib.

Əsas mərhələyə ümumilikdə 16 komanda dəvət olunacaq — Valve reytinqinə əsasən Asiyanın ən güclü 12 kollektivi və qapalı seçmə mərhələdən keçəcək daha 4 komanda.

Qapalı seçim mərhələsində isə belə komandalar iştirak edəcək:

  • 11 komanda CN/Asiya-Sakit Okean və Cənub-Şərqi Asiya (SEA) bölgəsində keçiriləcək açıq seçimlərdən keçəcək (iyun-mart aylarında, dəqiq tarixlər daha sonra açıqlanacaq);
  • 4 komanda Valve reytinqinə əsasən qatılacaq;
  • 1 komanda Wildcard dəvəti alacaq.

Qapalı seçim mərhələsi 29 aprel – 3 may 2026-cı il tarixlərində baş tutacaq.

Asian Champions League 2026 turniri 11–17 may tarixlərində Çində keçiriləcək və ümumi mükafat fondu 150 min ABŞ dolları olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın