33
Warner Play-in sosial media hesablarında verdiyi məlumata görə, Gamescom LATAM 2025 çərçivəsində keçiriləcək Demigod turnirinin əsas mərhələləri HBO Max platformasında yayımlanacaq.
Mortal Kombat 1 üzrə böyük döyüşlər 3 may tarixində canlı olaraq VOD platformasında təqdim olunacaq. Yayımlanacaq mərhələlər turnirin əsas səhnəsində baş tutacaq oyunları əhatə edəcək.
Turnirin detalları belədir:
- Turnir tarixləri: 2–3 may 2025
- İştirakçılar: 81 oyunçu
- Mükafat fondu: 10 000 ABŞ dolları
- Reytinq xalları: 1505 MK Pro Kompetition 2025 xalı
Gamescom LATAM 2025-də baş tutacaq bu turnir, yalnız pul mükafatı ilə deyil, həm də beynəlxalq reytinq balları ilə döyüşçüləri cəlb edir və MK1 üzrə peşəkar səviyyəyə çıxmaq üçün ciddi fürsət sayılır.