Doja Cat Fortnite-də öz skininə sahib olacaq

by Nigar Məmmədova
0 comments

Amerikalı reper Amala Ratna Zandile Dlamini, yəni Doja Cat, məşhur Fortnite oyununda görünəcək. O, bu barədə son yayımında özü açıqlama verib.

“Yaxın gələcəkdə çox maraqlı şeylər baş verəcək. Mən həyəcanlıyam, çünki oyunlardan danışsaq, mən Fortnite-də olacağam. Mən o azsaylı insanlardan biriyəm ki, öz skinim olacaq və özüm də onu oynayacağam”, – deyə Doja Cat bildirib.

Insider məlumatı

Məşhur Fortnite insayderi HYPEX qeyd edib ki, reperin skini Icon seriyasına daxil ediləcək və “çox tezliklə” oyunçular üçün əlçatan olacaq.

Hazırda Doja Cat-in skininin rəsmi çıxış tarixi açıqlanmayıb. Lakin nəzərə alsaq ki, Icon seriyasından Kai Cenat-ın skini yaxınlarda təqdim olunub, pərəstişkarların bu əməkdaşlıqla bağlı xəbərləri bir qədər gözləməsi lazım ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın