Donk və m0NESY Evelone Duo Cup turnirinin çempionu oldu

by Nigar Məmmədova
0 comments

Yanvarın 7-nə keçən gecə Counter-Strike 2 üzrə Evelone Duo Cup turniri başa çatdı.

Turnir yanvarın 5-dən 6-na qədər onlayn formatda keçirilib və ümumi mükafat fondu 200 min dollar təşkil edib. Bundan əlavə, bıçaqla öldürmələr iştirakçılara əlavə 2 500 dollar qazandırıb, turnirin ən dəyərli oyunçusu (MVP) isə 10 000 dollar mükafat alıb.

Birinci yeri və çempion titulunu Team Spirit komandasının oyunçusu Danil donk Kryşkovets və G2 Esports təmsilçisi İlya m0NESY Osipov qazanıb. Onlar finalda Team Spirit Academy komandasından Oleg baz Kuliniç və Maksim kyousuke Lukini məğlub ediblər.

Turnirin ən dəyərli oyunçusu (MVP) adına donk layiq görülüb. m0NESY isə əlavə 5 000 dollar mükafat qazanıb. Eyni zamanda, Aleksandr s1mple Kostılev və donk Kryşkovets də bu mükafata layiq görülüb. Bıçaqla öldürmələr üçün əlavə 2,5 min dolları Andrey tN1R Tatarinoviç (GUN5), Roland ultimate Tomkovyak (Team Liquid), kyousuke və Cami Jame Əli əldə ediblər.

Evelone Duo Cup turnirinin iştirakçıları:

  • Team DM: Danil donk Kryşkovets (Team Spirit) və İlya m0NESY Osipov (G2 Esports);
  • Team BK: Oleg baz Kuliniç və Maksim kyousuke Lukin (Team Spirit Academy);
  • Team XJ: Cami Jame Əli və Vladislav xiELO Lysov (GUN5);
  • Team BC: Artyom ct0m Maksimov və Kirill Magnojez Rodnov (ilk olaraq Məhəmməd BOROS Malxas iştirak edib);
  • Team YU: Marek YEKINDAR Qalinskis və Roland ultimate Tomkovyak (Team Liquid);
  • Team SP: Aleksandr s1mple Kostılev və İlya Perfecto Zalutskiy;
  • Team RB: Xovard rain Nayqard (FaZe Clan) və Helveys broky Saukants (FaZe Clan);
  • Team DT: Andrey tN1R Tatarinoviç (GUN5) və Denis deko Jukov.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın