59
Dota 2 oyununda keçirilən matçların sayı 8 milyardı keçdi. Bu əlamətdar hadisə 23 oktyabr gecəsi baş verib.
Əlamətdar matç Peru serverində orta ranq olan “Vlastelin”də reytinqli qarşılaşmada keçirilib. Oyunda 43 dəqiqədən az vaxtda işıqlı tərəf qalib gəlib. Qalib komandanın tərkibində üç “Bojestvo” və iki “Geroy” ranqlı oyunçu, məğlub olan komandada isə üç “Vlastelin” və iki “Leqenda” ranqlı oyunçu olub.
Bundan əvvəl Team Spirit-in keçmiş dəstək oyunçusu Miroslav “Mira” Kolpakov Dota 2-də reytinq artırmaq üçün məsləhətlər vermişdi. O, oyunçulara peşəkarların oyunlarını izləməyi və “şikayət etməyi dayandırmağı” tövsiyə etmişdi.