Dota 2-də beş qəhrəman aspekti tamamilə istifadə olunmur

by Nigar Məmmədova
0 comments

Riyadh Masters 2025-dən sonra Dota 2 analitikləri oyunda balans problemi aşkar ediblər – bəzi qəhrəman aspektləri tamamilə metadan düşüb.

Dota2ProTracker-in məlumatına görə, Faceless Void qəhrəmanının Time Zone aspekti yüksək rütbələrdə tamamilə istifadə olunmur — çünki 7.39 yeniləməsində bu bacarıqdan keyləşdirmə effekti çıxarılıb.

Statistik göstəricilər belədir:

  • Time Zone (Faceless Void) – istifadə faizi: 0%
  • Impending Doom (Doom) – istifadə faizi: 7%
  • Nature’s Profit (Nature’s Prophet)aşağı qələbə faizi
  • Leaps and Bounds (Mirana) – praktiki olmayan tullanma mexanikası
  • Rewards of Ruin (Pugna) – zəif bonus, qalalar məhv ediləndə effektiv deyil

Dota2ProTracker-in analizində deyilir:

“Bu bacarıqların metaya qayıtması üçün kiçik gücləndirmələr kifayət etməyəcək. Xüsusilə Time Zone üçün ya əvvəlki keyləşdirmə effekti qaytarılmalı, ya da bacarıq köklü şəkildə dəyişdirilməlidir.”

Xüsusilə problemli aspekt isə Nature’s Profit sayılır — çünki qızıl torbalar təkcə komanda üzvləri deyil, rəqiblər tərəfindən də yığılır. Bu da bacarığı öz komandan üçün təhlükəli edir.

Bunlar da xoşunuza gələ bilər