Dota 2-də Monster Hunter kollabasiyasından yeni əjdaha modeli əlavə olunub

by Nigar Məmmədova
0 comments

3 dekabr gecəsi Dota 2-yə Monster Hunter kollabasiyası çərçivəsində yeni əjdaha modeli əlavə edilib.

Əjdahanı indi taxt (throne) ətrafında görmək olar. Daha əvvəl bu model ilə bağlı bir xəta mövcud idi: canavar oyunçuların mövqeyini dolayı yolla ələ verirdi. Belə ki, əgər qəhrəman müdriklik qurbangahının (Wisdom Rune altarının) təsir dairəsində dayanır və ya onu aktivləşdirirdisə, həmin nöqtəyə canavarın modeli uçub gəlirdi və o, hətta duman arxasından da görünürdü. Bu vizual ipucu sayəsində həmin yerdə düşmən qəhrəmanının olduğu asanlıqla başa düşülürdü.

Dota 2 x Monster Hunter tədbiri 11 noyabr 2025-ci ildən 6 fevral 2026-cı ilədək davam edəcək. Event çərçivəsində oyunçuları yeni setlər, pet-lər, ov və əşya hazırlama (crafting) sistemi gözləyir. Xüsusilə:

  • üç fərqli stildə altı yeni qəhrəman seti;
  • əsas versiyalar bütün oyunçular üçün pulsuzdur, lakin bunun üçün ov sistemi vasitəsilə qəhrəmanlardan material toplamaq lazımdır;
  • əlavə olaraq pullu paket də mövcuddur:
    • Dragon Knight üçün Rathalos canavarlı kosmetiklər,
    • Beastmaster üçün Bullfango mövzulu əşyalar,
    • tematik musiqi seti,
    • mövsümi graffiti kolleksiyası,
    • əşyaların hazırlanması üçün böyük həcmdə materiallar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın