Esports Charts xidmətinin məlumatına görə, 2025-ci ilin noyabrına olan göstəricilərlə Dota 2 üzrə turnirlərdə ümumilikdə 377,4 milyon dollar məbləğində mükafat pulu paylanıb.
Bu rəqəm ikinci yerdə olan Fortnite-ın göstəricisini demək olar ki, iki dəfə üstələyir — bu intizam üzrə ümumi mükafat fondu 202,9 milyon dollar təşkil edir. İlk üçlüyü isə Counter-Strike tamamlayır — 162,8 milyon dollar.
Top-5-ə həmçinin League of Legends (122 milyon dollar) və mobil MOBA janrının nümayəndəsi Arena of Valor (111,5 milyon dollar) daxildir. İlk onluğun son pillələrində isə PUBG Mobile, PUBG, Rocket League, Rainbow Six Siege və StarCraft II yerləşir.
2025-ci ildə mükafat məbləğinə görə TOP-10 kiberidman intizamı:
- Dota 2 – 377,4 mln dollar
- Fortnite – 202,9 mln dollar
- Counter-Strike – 162,8 mln dollar
- League of Legends – 122 mln dollar
- Arena of Valor – 111,5 mln dollar
- PUBG Mobile – 89,8 mln dollar
- PUBG – 67 mln dollar
- Rocket League – 51 mln dollar
- Rainbow Six Siege – 49,9 mln dollar
- StarCraft II – 43,5 mln dollar
Qeyd edək ki, Esports Awards 2025 mükafatlandırma mərasimində League of Legends, Dota 2, CS2 və Fortnite kimi rəqibləri geridə qoyaraq “İlin kiberidman oyunu” adına layiq görülmüşdü.