Liquipedia portalı 2025-ci ildə Dota 2 üzrə profili ən çox ziyarət edilən 20 oyunçunun siyahısını təqdim edib. Siyahıya “Xtreme Gaming” komandasının üzvü Van “Ame” Çunyu başçılıq edir. Onun bu populyarlığı komandasının “The International 2025” turnirində finala qədər yüksəlməsi ilə əlaqələndirilir.
2025-ci ilin ən çox ziyarət edilən Dota 2 profilləri (Top 10):
- 1. Ame (Çin) – Reytinqdə 1 pillə irəliləyərək lider olub.
- 2. Satanic (Rusiya) – 9 pilləlik böyük sıçrayışla ikinci yerə yüksəlib.
- 3. Yatoro (Ukrayna) – 2 pillə geriləyərək üçüncü yerdə qərarlaşıb.
- 4. 33 (İsrail) – Reytinqdə 1 pillə geriləyib.
- 5. Miracle- (İordaniya) – 2 pillə irəliləyib.
- 6. dyrachyo (Rusiya) – 3 pillə yüksəlib.
- 7. ATF (İordaniya) – Reytinqdə 1 pillə itirib.
- 8. Malr1ne (Rusiya) – 3 pillə geriləyib.
- 9. skiter (Slovakiya) – Reytinqdə 1 pillə aşağı düşüb.
- 10. Crystallis (Niderland) – Siyahıya yeni daxil olanlar (NEW) arasındadır.

Siyahının davamında Whitemon (11-ci yer), No[o]ne- (12-ci yer), N0tail (13-cü yer) və Mira (14-cü yer) kimi tanınmış adlar da yer alır. Qeyd edək ki, “Team Falcons” heyətindən Sneyking (17-ci yer) və “Nigma Galaxy” ulduzu SumaiL (18-ci yer) də ilk 20-liyə daxil olmağı bacarıb.