4
Valve 3 oktyabr gecəsi Dota 2 üçün 7.39e patch-ini təqdim edib. Yeniliklərin siyahısı oyunun rəsmi saytında dərc olunub.
Ümumi dəyişikliklər
- Neytral kriplərin gizli düşərgələrdə öldürülməsinə görə qızıl və təcrübə cəzası artırılıb: 15% → 20%.
- Scan artıq krip-hero-lara təsir etmir, yalnız Lone Druid-in Spirit Bear-i istisnadır.
- Helm of the Dominator və Helm of the Overlord indi yalnız o halda işləyəcək ki, idarə olunacaq krip son 3 saniyə ərzində hero-dan zərər almayıb.
- Hero dəyişiklikləri – Kez (2024-cü il 8 noyabrda oyuna əlavə olunmuşdu) artıq Captain’s Mode rejimində oynanıla bilər.
Tam siyahı ilə rəsmi səhifədə tanış olmaq mümkündür.