Mobil 3×3 stritbol oyunu Dunk City Dynasty üzrə beynəlxalq turnir — Dunk City Dynasty Global Championship 2025 (DCDG) — keçiriləcək. Yarışın təşkilatçısı NetEase Games studiyasıdır.
- Əvvəlcə 7 bölgədə lokal seçimlər baş tutacaq:
- Avropa
 - Şimali Amerika
 - Latın Amerikası
 - Çin
 - Tayvan/Honkonq/Makao
 - Filippinlər
 - Cənub-Şərqi Asiya
 
 - Daha sonra ən güclü komandalar Çinin Şanxay şəhərində keçiriləcək LAN-finalda iştirak edəcəklər.
 - Ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir.
 
Oyun haqqında
Dunk City Dynasty — NBA və NBPA tərəfindən rəsmi lisenziyalı mobil 3×3 stritbol oyunudur. Bu ilin may ayında çıxış edən layihə qısa zamanda 5 milyondan çox yüklənmə toplayıb.
Qeyd edək ki, FaZe Clan şirkətinin baş direktoru pedofiliyada ittiham olunub.