EA Battlefield 6-nı rəsmi olaraq 29 iyulda təqdim edəcək

by Nigar Məmmədova
0 comments

Electronic Arts şirkəti məşhur şuter seriyasının yeni hissəsi olan Battlefield 6 oyununun tam təqdimatını 29 iyul tarixində keçirəcək.

Bu haqda ilk olaraq məşhur strimer Doom49 məlumat verib — o, üzərində oyunun loqosu olan hədiyyə çamadanının şəklini paylaşaraq, EA-dan belə bir bağlama aldığını bildirib. Ardınca bloger RivalxFactor da bu hədiyyələrin gələcək təqdimata hazırlıqla əlaqəli olduğunu təsdiqləyib.

Tədbir çərçivəsində oyunun gameplayi təqdim olunacaq, tərtibatçılarla müsahibələr keçiriləcək və kontent yaradıcıları oyunun nümayişində iştirak edəcəklər.

Bunlar da xoşunuza gələ bilər