8
Electronic Arts 2025-ci ildə EA Sports FC 25 çərçivəsində baş tutacaq eChampions League turnirinin yeni formatla qayıtdığını elan edib. Yarış UEFA-nın real Çempionlar Liqası qaydalarına uyğunlaşdırılmış yeniliklərlə keçiriləcək.
Yeni sistemə əsasən, 36 oyunçu vahid liqada mübarizə aparacaq və hər biri 6 matç keçirəcək. Bu mərhələnin sonunda ən yaxşı 24 iştirakçı Knockout Phase adlanan pley-off mərhələsinə yüksələcək. Burada 8 finalçı müəyyənləşəcək.
Turnirə vəsiqə qazanmaq üçün 18 liqadan birində uğur qazanmaq tələb olunur. Seçim kvotası belə bölüşdürülüb:
- İngiltərə, Almaniya, Fransa, Niderland, İtaliya, İspaniya – hərəsi 4 yer
- Portuqaliya – 2 yer
- Finlandiya, Norveç, Çexiya, İrlandiya, Bolqarıstan, Malta, Belçika, Litva, Rumıniya, Lüksemburq – hərəsi 1 yer
Final mərhələsi 28 may 2025-ci il tarixində Almaniyanın Münhen şəhərində yerləşən Eisbach Studios kompleksində keçiriləcək.
Turnirin təqvimi:
- League Phase: 16–17 may
- Knockout Phase: 18 may
- Finals: 28 may