Steam-də ən çox gəlir gətirən oyunların reytinqi dəyişib. Nəşriyyat nəhəngi Electronic Arts-ın yeni futbol simulyatoru EA Sports FC 26 satışdan əldə edilən gəlirə görə ikinci yerdə qərarlaşıb.
Satış nəticələri
Yüksək qiymətinə və qarışıq rəylərə baxmayaraq, EA Sports FC 26 Steam Deck, Battlefield 6-nın əvvəlcədən sifarişləri, Dying Light: The Beast, Hades II, Borderlands 4 və Silent Hill f kimi layihələri geridə qoymağı bacarıb.
Birinci yeri isə hələ də Valve-ın şuter oyunu Counter-Strike 2 tutur. Bunun səbəbi oyun içi alış-verişlərdən gələn böyük gəlirdir. Qeyd edək ki, CS2 özü pulsuz təqdim olunur. Hazırda oyunun aktiv oyunçu sayı 40 milyon nəfəri ötüb.
EA Sports FC 26 haqqında
Yeni futbol simulyatoru PC, PlayStation 5 və Xbox Series X/S platformalarında mövcuddur. Oyunçulara təqdim edilən imkanlar arasında:
- 19 000-dən çox futbolçu,
- 700 komanda,
- 120 stadion,
- 30-dan çox liqa, o cümlədən UEFA Çempionlar Liqası, Premyer Liqa, Bundesliqa və La Liqa var.