Əlavə raundlardan sonra 6:13 — TheMongolZ NaVi-yə uduzaraq IEM Cologne 2025 turnirini tərk etdi

by Nigar Məmmədova
0 comments

Natus Vincere, CS2 üzrə IEM Cologne 2025 turnirinin pley-off mərhələsinin 1/4 finalında TheMongolZ üzərində qələbə qazandı.

Görüşün nəticəsi 2:0 oldu — Inferno xəritəsində 22:18, Ancient xəritəsində isə 13:6. Inferno NaVi-nin piki idi və TheMongolZ bu xəritəni qazanmağa yaxın olsa da, əlavə raundlardan sonra məğlub oldu və ikinci xəritədə geri dönüş edə bilmədi.

Bu qələbə ilə NaVi yarımfinala yüksəldi və orada Team Spirit ilə qarşılaşacaq.

TheMongolZ isə turniri 5–6-cı yerlə başa vurdu40 min dollar mükafat qazandı.

TheMongolZ heyəti:

  • Garidmagnai blitz Byambasuren
  • Sodbayar Techno4K Mönkhbold
  • Ayush mzinho Batbold
  • Azbayar Senzu Mönkhbold
  • Usukhbayar 910 Banzragch

Natus Vincere heyəti:

  • Valeriy b1t Vaxovski
  • Aleksi Aleksib Virolaynen
  • Drin Makazze Şakiri
  • İvan iM Mixay
  • İqor w0nderful Jdanov

IEM Cologne 2025 turniri 23 iyul – 3 avqust tarixlərində Almaniyanın Köln şəhərində keçirilir. Ümumi mükafat fondu — 1 milyon ABŞ dollarıdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın